Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:34

Venesiya Komissiyası Seçki Məcəlləsinə dəyişikliklərin yubanmasından narahatdır


Səs: Real audio
“Konqres İranda demokratiya üçün 3 milyon dollar ayırıb” Azərbaycan hökumətinin martın sonlarında Venesiya Komissiyasına təqdim etməli olduğu Seçki Məcəlləsinə dəyişikliklər hələ də göndərilməyib.



Bu haqda məlumatı Avropa Şurası Venesiya Komissiyasının seçki məsələləri üzrə şöbəsinin əməkdaşı Sergey Kuznetsovdan almışıq.



Cənab Kuznetsov bildirir ki, proses yubandığından onlar ötən həftə Azərbaycan hökumətinə sorğu göndəriblər. Və cavab verilib ki, sənəd hökumətin müxtəlif orqanları ilə razılaşdırılır.



«Bizə verilən məlumata görə, Seçki Məcəlləsinə dəyişikliklər bu həftə Venesiya Komissiyasına göndərilməlidir. Amma hələlik sənəd bizə gəlməyib».



Sergey Kuznetsov bildirir ki, Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı sənəd həftənin sonunadək onlara göndərilməsə, bu dəfə Azərbaycan hökumətiylə birbaşa əlaqə yaradacaq və onun yubanma səbəbləriylə maraqlanacaqlar.



Mərkəzi Seçki Komissiyasının üzvü Ənvər Əliyev də bildirir ki, Seçki Məcəlləsinə dəyişikliklərin yubanma səbəblərindən xəbərsizdir.



«Yəqin ki, sonuncu dəfə bu komissiya ilə danışıqlar aparanlar sənədin üzərində işləyirlər. İş tamamlanandan sonra göndərərlər…».



Ənvər Əliyevin sözlərinə görə, həmin dəyişikliklərlə dəfələrlə maraqlanıblar. Amma onlara da Seçki Məcəlləsinə köklü, yoxsa texniki dəyişikliklər ediləcəyi haqda məlumat verilməyib.



Seçki Məcəlləsinə dəyişikliklər Azərbaycan hökuməti və Venesiya Komissiyasının nümayəndələri ilə sonuncu dəfə bu il martın 1-də Strasburqda müzakirə olunmuşdu.



2004-cü ildə Venesiya Komissiyası ATƏT–lə birgə Seçki Məcəlləsi və seçkiyə hazırlığın təşkili ilə bağlı tövsiyələr hazırlamışdı. Həmin sənəd Azərbaycandakı son prezident seçkilərində iştirak edən müşahidəçilərin məruzələri və Venesiya Komissiyasının 2003-cü ildə Azərbaycan hökumətinə verdiyi tövsiyələr əsasında tərtib olunmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG