Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:49

“ABŞ Azərbaycanda hərbi bazalar yerləşdirəcək”


Səs: Real audio
“Konqres İranda demokratiya üçün 3 milyon dollar ayırıb” «525-ci qəzet» «ABŞ-ın müdafiə naziri Azərbaycana gəldi» məqaləsində yazır ki, Amerika Xəzərin mühafizəsi proqramının reallaşmasına 100 milyon dollar xərcləyəcək.



«Dağlıq Qarabağ məsələsində Pakistan Azərbaycanın mövqeyini dəstəkləyir». «Yeni Azərbaycan» qəzeti yazır ki, İlham Əliyevin bu ölkəyə səfəri səmərəli olub.



«Nyu-York Əliyevlər klanını ifşa etdi». «Azadlıq» qəzeti yazır ki, əvvəllər PKK terrorçu kürd təşkilatını himayə edən Əliyev sonralar Türkiyənin dostuna çevrildi.



«Bayıl təxridxanasında yoxlamalara başlanılıb». «Üç nöqtə» yazır ki, bu təcridxananın rəhbərliyindən çoxlu sayda şikayətlər var.



«Exo» qəzeti yazır ki, İctimai TV-nin rəhbərinin gələn həftə müəyyənləşəcəyi gözlənilir.



«Xalq Cəbhəsi» qəzetinə görə, ABŞ Azərbaycanda hərbi bazalar yerləşdirəcək. Qəzet yazır ki, Birləşmiş Ştatlar Silahlı Qüvvələri Avropa Qoşunlarının komandanı xəbəri təsdiqləyib.



Rəsul Quliyevlə İsa Qəmbər ABŞ-da birgə görüşlərə başlayıblar. Müxalifətin iki lideri ABŞ Milli Kəşfiyyat Şurasında olublar. Bu haqda ətraflı «Bakı Xəbər» yazır.



«Ayna» qəzeti «Azərbaycanla NATO arasında fikir ayrılığı var» məqaləsində yazır ki, rəsmi Bakı ordu quruculuğunda Sovet standartlarının bir hissəsinin saxlanılmasını təkid edir.



«Zerkalo» qəzeti millət vəkili Asim Mollazadənin AXCP-dən istefasını şərh edir və yazır ki, o, özgə sayıldığı məkandan birdəfəlik getmək qərarını boş yerə verməyib.
XS
SM
MD
LG