Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:23

“ABŞ Xəzərdə qvardiya yaradır”


Səs: Real audio
“Konqres İranda demokratiya üçün 3 milyon dollar ayırıb” --“Uolt Strit Cournal”



“Birləşmiş Ştatlar neft obyektlərinə hücumlar da daxil olmaqla fövqəladə hallarla mübarizə üçün Xəzər qvardiyası yaradır. Və bunun üçün yaxın on il ərzində 100 milyon dollar ayıracaq”.



ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı artıq bu ildən Xəzərdən Ceyhan limanına neft daşıyacaq kəmərin mühafizəsi üçün hərbçilər hazırlayır.



2003—cü ilin payızında yaradılan Xəzər qvardiyasına Bakıda radarlarla təchiz olunan komanda mərkəzi daxil olacaq. Bu mərkəz ilk dəfə olaraq Azərbaycana Xəzərin neft rayonlarında gəmilərin hərəkətinə nəzarət etmək imkanı verəcək.



Avropa Komandanlığının baş planlaşdırıcısı, polkovnik Mayk Andersonun sözlərinə görə, qvardiya həm də narkotiklər və silah qaçaqmalçılığı ilə mübarizə aparamağa kömək edəcək.



--“Stampa”



Amerika dolları yenidən İrana axacaq. Amma bu dəfə İslam hökumətinin devrilməsi üçün. Konqres bu məqsəd üçün 3 milyon dollar ayırıb.



Bu məbləğ cüzidir. Amma Milli Demokratiya İnstitutundan Les Kempbelin təbirincə desək, burada söhbət “mühüm dəyişikliklərdən gedir”.



Onsuz da Birləşmiş Ştatlar İrana fars dilində verilişlərin yayımına hər il 15 milyon dollar xərcləyir. Amma bu vəsait İranın xaricindəki strukturlara gedir. 1979—cu il İslam inqilabından bu yana rəsmi kanallarla bir dollar olsun belə İrana daxil olmayıb. Və indi rəsmi Vaşinqton İrandakı demokratik qüvvələri birbaşa maliyyələşdirməyi düşünür.



İranın BMT-dəki daimi nümayəndəsi Cavad Zərif Dövlət Departamentini “Əlcəzair sazişini pozmaqda” ittiham edib.



Bu razılıq 1981—ci ildə əldə olunub. O zaman 52 Amerika girovunun azad edilməsi müqabilində Birləşmiş Ştatlar İranın daxili işlərinə qarışmamaq haqda öhdəlik götürüb.



--“Tayms”



Saxta xeyriyyə təşkilatlarının İnternet saytları sunami qurbanlarına kömək etmək istəyən britaniyalıları aldadaraq Tailanda gətirir. Sonra isə onların pul və pasportlarını əllərindən alırlar.



Tailand polisi dələduzluq faktları ilə bağlı təhqiqat apardığını bildirir. Amma bunun ağır iş olduğunu da etiraf edir, çünki, saxta xeyriyyə təşkilatlarının İnternet saytları arxasında kimin durduğunu öyrənmək çətindir.
XS
SM
MD
LG