Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:25

E. Hüseynovun qətlinin istintaqı ATƏT—in diqqət mərkəzindədir


Səs: Real audio
"Azadlıq" radiosunun Norveç Krallığının Azərbaycandakı Səfiri Steynar Gillə müsahibəsi ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti Bakıda keçirdiyi görüşlərdə Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı müzakirələr apardığını deyir. O, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin istintaqıyla da maraqlanacaq.



«Artıq yüksək rütbəli hökumət nümayəndələri, prezidentlə görüşmüşəm. Hüquq-mühafizə orqanları nümayəndələriylə də görüşəcəyəm. Ümid edirəm ki, onlar mənə istintaqın hansı yerdə olmasıyla bağlı təfərrüatı ilə məlumat verəcəklər».



Elmar Hüseynovun atası Sabir Hüseynov deyir ki, istintaqdan qətlin açılmasıyla bağlı ona yaxın günlərdə məlumat verəcəklərini bildiriblər.



Son günlər mətbuatda istintaqın 6 nəfəri saxlaması haqqında məlumatlar dərc edilib. Sabir Hüseynov bu haqda onda məlumatın olmadığını deyir.



Müstəqil istintaq qrupunun üzvü, «Qanun» jurnalının baş redaktoru Şahbaz Xuduoğlu isə deyir ki, onlar rəsmi istintaqın gedişindən razı deyillər.



Artıq bir neçə gündür Elmar Hüseynovun qətlinin istintaqı Milli Təhlükəsizlik Nazirliyində aparılır. Nazirliyin mətbuat xidmətinin rəhbəri Arif Babayev bildirdi ki, hazırda istintaq hərəkətləri davam edir. Bunun istintaq sirri olduğunu deyən cənab Babayev əlavə məlumat verə bilməyəcəyini söylədi.



«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov bu il martın 2-də evinin girişində qətlə yetirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG