Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 13:34
Rubrikalar

İslam Həmrəylik oyunlarında daha iki Azərbaycan idmançısı medal qazanıb


Səs: Real audio
"Azadlıq" radiosunun Norveç Krallığının Azərbaycandakı Səfiri Steynar Gillə müsahibəsi Dubayda keçirilən beynəlxalq Şahmat turnirində qələbəyə şanslı olan Azərbaycan şahmatçılarından Qədir Hüseynov 8-ci turda Ermənistanı təmsil edən Qabriel Sarkisyanla heç-heçə edib. Şəhriyar Məmmədyarov və Rauf Məmmədov rəqiblərini məğlub eləsə də, Rəsul İbrahimov bu turda uduzub. Sonuncu- 9-cu tur öncəsi liderdən yarım xal geri qalan Şəhriyar Məmmədyarov Qazaxıstandan Pavel Kotsurla, Qədir Hüseynov isə Belorusdan Aleksey Aleksandrovla gücünü sınayacaq.



Bu gün Bolqarıstanın Varna şəhərində sərbəst və yunan-roma güləşi üzrə Avropa çempionatı başlanıb. Sərəbəst güləş birinciliyində Azərbaycanın təcrübəli güləşçilərindən Namiq və Arif Abdullayev qardaşları, Elnur Aslanov və Rüstəm Ağayev iştirak etməyəcək. Bu güləşçilərin yerinə yığma komandaya Namiq Sevdimov, İbad Məmmədov, Elman Əsgərov, Elşad Allahverdiyev, Mehman İmanquliyev, Müslüm Müslümov və Nikolay Telyagin çağrılıb. Yunan-roma güləşi üzrə yığma da Avropa çempionmatına itkilərlə yollanıb. Natiq Eyvazov karyerasını bitirib, Fərid Mansurov isə hazırlıq planlarıyla bağlı komandaya dəvət almayıb. Yunan-roma güləşi üzrə bu çempionatda Azərbaycanı Hüsaməddin Rəcəbov, Xəyal Həsənov, İlqar Abdulov, Loğman Abbasov və Vitali Rəhimov təmsil edəcək.



Səudiyya Ərəbistanında keçirilən I İslam Həmrəyliyi oyunlarında daha bir Azərbaycan karateçisi gümüş medal qazanıb. 60 kq-da Yusif Cəfərov yalnız finalda yenilərək gümüş, 65 kq çəki dərəcəsində Rafael Ağayev isə yarımfinalda uduzmaqla bürünc medal qazanıb. Azərbaycanın stolüstü tennisçiləri Ramil Cəfərov və Fərhad İsmayılovdan ibarət yığma komanda öncə Cibutini, ardınca isə Fələstini 3-1 hesabıyla məğlub edib. İran yığmasını 3-0 hesabıyla yenən Azərbaycanın növbəti oyunları Pakistan və Türkiyəylə olacaq.

İlk oyunda Misirə 0-23 hesabıyla məğlub olan Azərbaycan voleybol yığması isə, ikinci oyunda Yəməni eyni hesabla yenib. ¼ finala vəsiqə qazanmaq üçün Azərbaycan yığması Tacikistanı məğlub etməlidir.



İlk oyunda Somalinin yenib, sonra Səudiyyə Ərəbistanına uduzan Azərbaycan basketbolçuları da Yəmən millisini 73-56 heabıyla yenib. Növbəti mərhələyə çıxmaq üçün komanda Kubeyti də məğlub etməlidir.



Bu gün UEFA Çempionlar Liqasının ¼ final mərhələsində ilk cavab görüşləri keçiriləcək. İtaliyada, Milan şəhərində “İnter” “Milan”ı qəbul edəcək. Bİr həftə öncə keçirilən oyunda “Milan” Stam və Şevçenkonun qollarıyla 2-0 qalib gəlmişdi. “İnter”də Adriano zədəsini sağaldıb, Rekoba və Əmrə isə böyük ehtimalla bu oyunda forma geyə bilməyəcək. “Milan”ın heyətində isə Maldini və Kaladze zədəli, Qattuzo isə cəzalıdır.



Digər ¼ final cütündə, Almaniyada “Bavariya” “Çelsi” ni qəbul edəcək. Londondakı ilk oyunda İngiltərə təmsilçisi “Bavariya”nı 4-2 hesabıyla məğlub eləmişdi. Bu oyuna da “Çelsi” baş məşqçi Joze Maurinyosuz çıxmalı olacaq. “Çelsi”nin heyəti isə ötən həftə keçirilən oyundan elə də fərqlənməyəcək. Bavariyada isə hücumçular Pizarro, Makay və Santa Kruz zədəsini sağaldıb.
XS
SM
MD
LG