Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:39

Steynar Gil: "Müxalifət nümayəndələriylə görüşmək səfirlər üçün normal haldır"


Səs: Real audio
"Azadlıq" radiosunun Norveç Krallığının Azərbaycandakı Səfiri Steynar Gillə müsahibəsi "AZADLIQ" RADİOSU: Cənab Səfir, 2003-cü il oktyabr prezident seçkilərindən sonra rəsmi dairələrdə Sizə qarşı tənqidlər səslənirdi. Siz Azərbaycanın daxili işlərinə qarışmaqda, müxalifət nümayəndələriylə görüşməkdə, onlara dəstək verməkdə günahlandırılırdınız. İndi oxşar tənqidlər Amerika səfirinə qarşı edilir. Baş verənlər barədə Siz nə düşünürsüz ?



STEYNAR GİL: İlk növbədə onu demək istəyirəm ki, Amerika səfiri normal diplomatik fəaliyyətlə məşğuldur. Müxalifət nümayəndələriylə görüşmək səfirlər üçün normal haldır və mən bildiyim qədər, bu partiyaların fəaliyyəti qadağan olunmayıb.



SUAL: Sizcə, nə üçün hökumət diplomatların müxalifət nümayəndləriylə görüşlərindən narahatdır?



CAVAB: Diplomatlar üçün çalışdıqları ölkələrdəki bütün siyasi partiyaların nümayəndələriylə görüşmələri normal bir haldır. Mən hesab etmirəm ki, nə cənab Harnişin, nə də Birləşmiş Ştatların bu məsələdə bizim dəstəyə ehtiyacı var. Lakin əlbəttə ki, səfirin etdikləriylə tamamilə razıyıq və qeyd etdiyim kimi, bu, normal diplomatik fəallıqdır.



SUAL: Amerika səfirinə qarşı çox sayda ciddi tənqidlər səslənir. Sizcə, bu vəziyyət Sizə və digər diplomatlara təsir edə bilərmi ki, Siz gələcəkdə müxalifət nümayəndələriylə görüşməkdən imtina edəsiniz?



CAVAB: Biz bu sahədə nəyi düz biliriksə elə hərəkat edəcəyik. Və əgər bəzi deputatların bununla bağlı narazılıqları varsa, bu onların öz problemləridir. Belə halların baş verməsi başqa ölkələrlə münasibətləri baxımından Azərbaycanın maraqlarına cavab vermir. Lakin bu, nə mənim üçün, nə də səfir Harniş üçün problem deyil.



SUAL: Cənab səfir, qarşıdan Azərbaycanda parlament seçkiləri yaxınlaşır. Sizcə, beynəlxalq ictimayyət bu dəfəki seçkilərin azad və ədalətli keçirilməsi üçün əvvəlki seçkilərlə müqayisədə daha çox fəallıq göstərəcəkmi? Norveç konkret hansı kömək göstərməyə hazırlaşır?



CAVAB: Bu seçkilərə artıq böyük maraq göstərilir. Ümid edirəm ki, seçki azad və ədalətli olacaq və seçki kampaniyası da azad və ədalətli şəkildə aparılacaq. Norveç seçkilərin monitorinqində və seçki prosesiylə bağlı digər layihələrdə də iştirak edəcək. Biz ümid edirik ki, bu dəfəki seçkilər sözün əsl mənasında azad və ədalətli olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG