Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:01

Bugünkü Qlobusun qonaqları Berlin şəhərində yaşayan "Qani" maliyyə xidmətinin rəhbəri Hüseynağa Qəni və Tacikistandakı Azərbaycan Dostluq cəmiyyətinin sədri Müslüm Həmidovdur


Səs: Real audio
“ABŞ və Rusiya ATƏT-ə dair razılıq əldə ediblər” Salam, efirdə Qlobus proqramıdır. Mikrofonda mən, Samirə Faiqqızı. Qlobusda biz xaricdə yaşayan azərbaycanlılardan, onların nailiyyətlərindən və problemlərindən, azərbaycanlıların təşkilatlanmasından və diaspora cəmiyyətlərinin fəaliyyətindən danışırıq. Bugünkü Qlobusun qonaqları:

- Berlin şəhərindən "Qani" maliyyə xidmətinin rəhbəri Hüseynağa Qəni

- və Tacikistandakı Azərbaycan Dostluq cəmiyyətinin sədri Müslüm Həmidovdur.



Birinci qonağım, Hüseynağa Qəni ixtisasca müsiqiçidir. 13 il əvvəl Azərbaycanı tərk edərək Almaniyaya köçüb və hazırda Berlin şəhərində Maliyyə Xidməti üzrə Agentlik yaradıb.

Audio



Və ikinci qonağım - Müstəqil Dövlətlər Birliyi məkanındandır. Müslüm Həmidov 1998-ci ildən Tacikistanda yaşayır. İdmançıdır. Özü Azərbaycanda anadan olub, sonra Rusiyaya gedib, oradan isə Tacikistana. Ötən il Düşənbədə yaradılan Azərbaycan Dostluq Cəmiyyətinin sədridir.

Audio



Bu günə bu qədər. Siz Azadlıq radiosunun dalğalarında Qlobus proqramına qulaq asdınız. Qlobusda deyilənlərlə bağlı fikirlərini bizimlə bölüşdürmək istəyənlər Azadlıq radiosunun Bakı bürosunun 493-73-75 və Praqadakı redaksiyamızın 4202-21122351 nömrəli telefonlarına zəng edə bilərlər. Qlobusu mən apardım, Samirə Faiqqızı, Sağ olun, gələn şənbə günü yenidən görüşənədək
XS
SM
MD
LG