Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:50

E. Hüseynovun qətlindən 40 gün keçdi


Səs: Real audio
“ABŞ və Rusiya ATƏT-ə dair razılıq əldə ediblər” Bu gün «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 40 gün keçir.



Bu günlə bağlı keçirilən mərasimdə Elmar Hüseynovun dostları, yaxınları, siyasi partiya liderləri, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov iştirak edirdi.



Elmar Hüseynovun atası Sabir Hüseynov deyir ki, istintaqın gedişiylə bağlı ona yaxın günlərdə irəliləyiş olacağını deyiblər.



Hüzr mərasimində iştirak edənlər Elmar Hüseynovun qəbrinin ziyarətinə maşın karvanları ilə getdilər. Avtomaşınların şüşələrinə Elmar Hüseynovun şəkilləri vurulmuşdu. Maşın karvanına Bakı şəhər Yol Polisinin əməkdaşları nəzarət edirdilər.



Qəbrüstündə Elmar Hüseynovun dostu, «Qanun» jurnalının baş redaktoru Şahbaz Xuduoğlu çıxış etdi. Onun çıxışı istintaqın cəmiyyətə məlumat verməməsi haqqındaydı.



Elə Elmar Hüseynovun ölümünün 40-cı günü prezident İlham Əliyev onun atası Sabir Hüseynovu qəbul edib.



Sabir Hüseynov prezident ailəsiylə hələ onlar üçün inşa olunun iqamətgahın tikilişində tanış olduğunu söyləyib və deyib ki, o vaxtdan Əliyevlər ailəsi ilə yaxın münasibətləri olub.



Öz növbəsində prezident İlham Əliyev Elmar Hüseynovun qətli ilə bağlı ailəsinə başsağlığı verib və deyib ki, bu hadisə Azərbaycanın beynəlxalq nüfuzuna böyük zərbədir.



O, jurnalistin övladı və ailəsi üçün hökumət tərəfindən lazım olan bütün şəraitin yaradılacağını söyləyib və deyib ki, bu qətli törədənin yaxın vaxtlarda tapılacağına ümid edir.



«Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov bu il martın 2-də yaşadığı binanın girişində qətlə yetirilmişdi. Qətlin istintaqı hazırda Milli Təhlükəsizlik Nazirliyində aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG