Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:22

Tofiq Zülfüqarov: «ABŞ səfirinin bölgə səfərlərində qanunazidd heç nə yoxdur»


Səs: Real audio
“ABŞ və Rusiya ATƏT-ə dair razılıq əldə ediblər” Vyana konvensiyasına görə, səfirə verilmiş beş səlayhiyyətdən biri də fəaliyyət göstərdiyi ölkənin ictimai-siyasi vəziyyəti haqda vaxtaşırı öz ölkəsinə məlumat verməkdir. Sabiq ədliyyə naziri İlyas İsmayılov belə deyir. Bu baxımdan da cənab İsmayılov hesab edir ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Rino Harnişin yerlərdə görüş keçirməsi qanunayuğundur. Və o Vyana konvensiyasına uyğun hərəkət edir.



Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov da bildirir ki, ABŞ səfirinin görüşlərində qanunazidd heç nə yoxdur. «Açıq demək lazımdır ki, bu ölkə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı bir neçə layihə reallaşdırır. O baxımdan da səfirin bölgələrə səfəri tanışlıq xarakteri də daşıya bilər…»



Keçmiş xarici işlər naziri deyir ki, düzdü, səfirin fəaliyyətini məhdudlaşdıran qaydalar da var. Amma bu daha çox hərbi sirlə bağlıdır. «Ümumiyyətlə, bu cür qaydalar soyuq müharibə vaxtınd mövcud idi. Səfir otururdu Moskvada, bir yerə səfər edəndəsə icazə almalıydı. İndi belə qaydalar bəlkə Şimali Koreyada ola bilər…»



Söhbət etdiyim ekspert və siyasətçilər - Tofiq Zülfüqarov, Eldar Namazov vəElxan Şahinoğlu da son günlər səslənən çıxışları məntiqlə başa düşməyin çətin olduğunu deyirlər. Tofiq Zülfüqarov deyir: «Mən başa düşə bilmirəm ki, Amerika səfirinə qarşı belə çıxışlar nə üçün lazımdır. Bu son nəticədə Azərbaycanın əleyhinə işləyə, iki ölkənin rəsmi əlaqələrinə xələl gətirə bilər».



Politoloq Eldar Namazov isə bunun səbəbini belə izah edir: «Avtoritar rejimlərin sonu çatanda həmişə beynəlxalq ictimaiyyətə meydan oxumağa başlayırlar. Leonid Kuçma da, Eduard Şevardnadze də, elə Əsgər Akayev də hakimiyyətin dayaqları sarsılanda Amerikaya qarşı çıxır, onu hədələyirdilər». Eldar Namazova görə, bu cür çıxışlar əslində Azərbaycan dövlətini pis vəziyyətdə qoya bilər.



Şərhçi Elxan Şahinoğlu isə hesab edir ki, Azərbaycan hakimiyyətinin həll etmək istəmədiyi bəzi problemlər iki ölkənin strateji müttəfiqliyinə mane olur. Bu da demokratiya, söz azadlığı ilə bağlı məsələlərdir.



Bəzi politoloqlar iki ölkə arasında gərginlik yaranmasında Rusiya amilini də önə çəkirlər. Yəni prezident İlham Əliyev hakimiyyətdə olduğu ilyarım ərzində bir neçə dəfə Rusiyaya rəsmi səfər etsə də, Birləşmiş Ştatların prezidenti ilə bir dəfə də görüşməyib. Onların fikrincə, rəsmi Vaşinqtonla münasibətlər soyuduqca, Kremllə münasibətlər yaxınlaşır.



Bu fikirlərlə qismən razılaşan şərhçi Elxan Şahinoğlu bir məqma da diqqət çəkir. Amerika-Azərbaycan münasibətlərində müəyyən problemlər yaransa da, vəziyyət o dərəcədə dramatik də deyil. Ən azı iki ölkə hərbi baxımdan əməkdaşlıq edə bilir.



İndiki anda gərginlik yaradan isə Birləşmiş Ştatların demkoratiya istəyi, Azərbaycan hökumətinin buna müqavimətidir. Elxan Şahinoğlu fikrini isbatlamaq üçün xatırladır ki, iki il əvvəl prezident seçkilərindən sonra belə bir kampaniya Norveç səfiri Steynar Gilə qarşı da aparılmışdı. «Bir müddət əvvəl hakimiyyət Steynar Gillə münasibətləri tənzimlədi. Başa düşdü ki, bu yanlışdır. Elə indi də hökumət Amerika səfirinə qarşı sərt münasibəti yumşaltmağa başlayıb…»



Amma bütün bunlarla yanaşı Tofiq Zülfüqarov deyir: «Bir şeyi də unutmaq lazım deyil ki, Azərbaycan tərəfdən səfirə qarşı rəsmi şəkildə hər hansı irad tutulmayıb».



Elə bu gün Xarici İşlər Nazirliyindən də dedilər ki, onlar bu məsələyə münasibət bildirmək niyyətində deyillər. Son hadislər bəzi millət vəkilləri və ya hakim partiyanın nümayəndələrinin şəxsi fikri kimi qyimətləndirilməlidir, rəsmi mövqe kimi yox.



Birləşmiş Ş

Günün bütün mövzuları

XS
SM
MD
LG