Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:52
Rubrikalar

İslam Olimpiadasinda Azərbaycan ilk medalını qazandı


Səs: Real audio
“ABŞ və Rusiya ATƏT-ə dair razılıq əldə ediblər” Bakıda keçirilən B kateqoriyalı beynəlxalq turnirdə Azərbaycan cüdoçuları cəmi iki çəki dərəcəsində qızıl medal qazanıb. 3 çəkidə İran, 2 çəkidəsə Gürcüstan cüdoçuları qalib olub. 100-ə yaxın idmançının iştirak etdiyi turnirə 56 cüdoçu ilə qatılan Azərbaycan yığmasında 60 kq-da Elçin Əhədov, 84 kq-da isə Elxan Rəcəbli bütün rəqiblərini məğlub edib. 7 çəki dərəcəsi üzrə keçirilən yarışlarda Azərbaycan cüdoçuları 2 qızıldan başqa 4 gümüş, 11 bürünc medal qazanıblar. Avropa Cüdo Federasiyasının prezidenti Maryus Vizer Bakı turnirinin gələn ildən olimpiadaya lisenziya qazanmaq imkanı verən A kateqoriyası alacağını bildirib.



Yunanıstanda keçirilən bədii gimnastika üzrə beynəlxalq turnirdə Azərbaycan gimnastı Anna Qurbanova gürzlə hərəkətlərdə 14 balla 8-ci olub. Aprelin 10-da başa çatan turnirdə çoxnövçlükdə Qurbanova finala vəsiqə qazansa da 56,7 balla 50 gimnast arasında yalnız 9-cu sıranı tuta bilib.



Bu həftəsonu Anna Qurbanova başqa Azərbaycan gimnastlarıyla birgə Moskvaya yollanacaq. Aprelin 15-dən 17-dək Azərbaycan və Rusiya yığmaları arasında fərdi və qrup hərəkətləri üzrə yarış keçiriləcək. Fərdi yarışlarda Azərbaycanı 8 gimnast, qrupların mübarizəsində isə 2 komanda təmsil edəcək.



Həftəsonu Bolqarıstanda ağırlıqqaldıranların Avropa çempionatı başlanacaq. Bu yarışda Azərbaycanı 62 kq çəki dərəcəsində Asif Məmmədov və 69 kq-da Əfqan Bayramov təmsil edəcək. Azərbaycan ağırlıqqaldıranların daha təcrübəliləri isə



İslam Olimpiadasında iştirak edir. İslam Həmrəyliyi oyunlarında Azərbaycanı Əlibəy Səmədov, Aqşin Mirzəyev, Asif Məlikov, Natiq Həsənov, Nizami Paşayev və Anar Nəzərov təmsil edir.



Ötən həftəsonu Azərbaycan taekvandoçuları İspaniyada keçiriləcək Dünya çempionatına qatılmaq üçün bu ölkəyə yollanıb. Bu həftə başlanacaq yarışlarda Azərbaycanı Niyaməddin Paşayev, Rəşad Əhmədov, Zahid Məmmədov, Elnur Amanov, Elşad Qüdrətli, Anar Əhmədov, Təvəkkül Bayramov və Vüqar Məcidov təmsil edəcək. Xanım idmançıların yarışlarında isə Azərbaycandan Aynurə Məmmədova, Günay Zeynalova, Şəhrun və Leyla Yusifovalar iştirak edəcək. Ötən il keçirilən Dünya Çempionatında 5 bürünc medal qazanan Azərbaycan yığması Avropa məkanından yarışa qatılan ən güclü komanda olmuşdu.



İspaniyada, Dos-Hermanasda keçirilən beynəlxalq şahmat turnirində Azərbaycanı təmsil edən Teymur Rəcəbov qalib olub. İsveçrə sistemiylə keçirilən turnirdə 9 turdan sonra Rəcəbov 5.5 xal toplayaraq ən yaxın izləyicisini yalnız yarım xal qabaqlaya bilib. Qalib olmaq üçün Rəcəbova 9 oyundan yalnız ikisində qələbə qazanmaq yetərli olub.



Dubayda keçirilən şahmat turnirində isə, 7-ci turda liderlərdən yarım xal geri qalan Şəhriyar Məmmədyarov Çinli Janq Penxianqa uduzub.. Rəsul İbrahimov heç-heçə edib, Qədir Hüseynov isə Filippinli Nelson Marianonu məğlub edib. Digər Azərbaycan şahmatçılarından isə ən yaxşı nəticə hələ ki, liderlərdən 1 xal yarım geri qalan Rauf Məmmədova məxsusdur. 5 xalı olan və liderlər qrupundan cəmi yarım xal geri qalan Qədir Hüseynov 8-ci turda Ermənistanı təmsil edən Gabriel Sarkisyanla oynayacaq. 7 oyuna 4.5 xal yığan Şəhriyar Məmmədyarov Hİndistanlı Humpu Koneru ilə, eyni sayda xalı olan Rəsul İbrahimov isə Belorusdan Aleksey Aleksandrovla gücünü sınayacaq.



Səudiyyə Ərəbistanında keçirilən I İslam Həmrəyliyi oyunları- İslam Olimpiadasında Azərbaycan idmançıları 1 medal qazanıb. 55 kq-da Azərbaycanı təmsil edən karateçi Rəşad Hüseynov yalnız finalda yenilərək gümüş medal qazanıb. Stolüstü tennis yarışlarında Ramil Cəfərov və Fərhad İsmayılov növbəti mərhələyə adlayıb. Azərbaycanın kişilərdən ibarət h
XS
SM
MD
LG