Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:33

“Səddam Hüseyn əfv oluna bilər”


Səs: Real audio
“ABŞ və Rusiya ATƏT-ə dair razılıq əldə ediblər” --“Faynenşl Tayms”



Rusiya və Birləşmiş Ştatlar ATƏT—i xilas edəcək razılığa gəliblər. Razılığa əsasən, Corc Buşun mayın 9—u baş tutacaq Moskva səfərinədək ATƏT—in büdcəsi təsdiq edilməlidir.



Son vaxtadək rəsmi Moskva ATƏT—in 2005—ci il üçün büdcəsini təsdiqləməkdən imtina edirdi. Rusiyanın fikrincə, qurum post—Sovet məkanında seçkilərə böyük diqqət ayırsa da, təhlükəsizlik məsələləriylə az maraqlanır.



Təsdiqlənməmiş büdcə ilə ATƏT yaxın bir neçə ayda vəsaitsiz qalmaq təhlükəsi ilə üzləşirdi.



--“Mond”



Artıq bir neçə həftədir ki, Başqırdıstanı kütləvi etirazlar sarsıdır.



Müxalifət, onun öz ifadəsi ilə desək, respublikanın neft sərvətlərini ələ almış və əhalini yoxsulluqda saxlayan prezident Murtaza Rəhimovun istefasını tələb edir. Onlar deyirlər ki, “əgər bunu qırğızlar ediblərsə, niyə biz etməyək”.



Martın 26—da 20 min adam paytaxt Ufada mitinq keçirib. Növbəti nümayişlər aprelin 16—sı və mayın 1—ə təyin olunub.



Başqırdıstan Xalq Cəbhəsinin lideri Ayrat Delimuhamedov Ukraynadakı kimi mərkəzi meydanda çadır quracaqlarını deyir.



Kreml ucqar əyalətdəki hadisələrin gedişini diqqətlə izləyir. Qarşıdakı mitinqlərlə bağlı Ufaya xüsusi təyinatlı milis dəstələri göndərilib.



--“Süddoyçe Tsaytunq”



Belarus diktatoru Aleksandr Lukaşenko qəfildən gəncləri “insan alveri” və “məcburi fahişəlik”dən qorumaq qərarına gəlib. Bunun üçün də onların hərəkət azadlığını məhdudlaşdırmağı əmr edib.



Yeni qaydalara əsasən, kimin xaricə getməli olduğunu Belarus hakimiyyəti həll edəcək. Lukaşenko hesab edir ki, gözəl qadınlar ölkəni tərk etməməlidir.



Ancaq əslində, əsas hədəf tələbələrdir. Belə ki, qonşu Ukraynada “narıncı inqilab” universitetlərdən başlayıb. Buna görə də tələbələr arasında “demokratiya mikrobunu” məhv etmək lazımdır. Mitinqlərdə iştirak edən tələbələrsə ali məktəblərdən xaric olunurlar.



Görünür, hakimiyyət vətəndaş itaətsizliyinə oxşayan hər şeyi beşikdəcə boğmaq əmri alıb. Ancaq indi müxalifətin arzusunda olduğu Lukaşenkoya qarşı qiyamın adı var: “peyğəmbərçiçəyi inqilabı”.



--“Deyli Teleqraf”



Səddam Hüseyn əfv oluna bilər. Belə ki, İraq hökuməti Səddamın azadlığa buraxılmasını tələb edən sünni qruplaşmalarıyla danışıqlar aparır.



Yaraqlılarla razılıq İraqda zorakılığın dayandırılması istiqamətində mühüm addım olardı. Bununla belə, Səddamın əfvi İraqda bir çoxlarını narazı salacaq.



Səddam Hüseyn üzəründə məhkəmə prosesi ilin sonunadək çətin ki, başlasın. Ancaq İraq prezidenti Cəlal Təlabani artıq indidən xalqı Səddamın mümkün əfvinə hazırlaşdırır.
XS
SM
MD
LG