Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:08

Urmiyə gölündəki adaların türk-Azərbaycan adları farsca adlarla əvəz olunur


Səs: Real audio
“Qafqaz ceyranının qırılma təhlükəsi var” Iranda Qərbi Azərbaycan Ostanı (vilayətinin) təhsil idarəsi 3-4 gün əvvəl məktəblərə göstəriş göndərib ki, Urmiyə gölündəki adaların türk-Azərbaycan adları əvəzinə fars adları işlədilsin.



Urmiyə gölü İranın daxilində ən böyük göldür. Onun 102 adası var ki, bunlardan 60-nın adı türkcə-azərbaycancadır. Məsələn, idarənin göstərişində deyilir ki, Ağ dağ adasının adı Sepidkuh, Qara ada Siyavuş, Sayınqala Şahin və Kəmərdağ Şəbdizlə əvəz olunmalıdır.



Xəbəri Tehran bələdiyyəsinin orqanı--"Həmşəhri" qəzeti də dərc edib.



Fars dilində çıxan "Baztab" vebsaytı da yazır ki, bu təşəbbüs çoxlu jurnalist, mədəniyyət xadimi, hətta müəllimlərin etiraz və qəzəbinə səbəb olub.



Həmin sayta daxil olan ilk mesajlarda vebsayt istifadəçiləri deyirlər ki, Rza Şah zamanından bəri İran hökuməti belə hərəkətlərlə daxili ixtilaflara səbəb olub və belə əməllərin İran daxilindəki müxtəlif qövmlərin birgə və sakitlik şəraitində yaşamasına pis təsiri var.



İrandan azərbaycanlı fəal Fərzad Səmədli deyir ki, bu siyasət çoxdan başlayıb, çoxlu Azərbaycan şəhərlərinin adı dəyişdirilib.



Cənab Səmədlinin fikrincə, bu siyasətdə məqsəd Azərbaycan adlarını xatirələrdən silmək, qondarma tarix yaratmaqdır.



Fərzad Səmədli məsələ ilə bağlı İranın azərbaycanlı əhalisi arasında narahatlıq olduğunu bildirir və aksiyaların olacağını istisna etmir.
XS
SM
MD
LG