Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:36

«Panorama»nın bu bazar qonağı Milli Məclisin İnsan Haqları Komissiyasının sədr müavini, Yeni Azərbaycan Partiyasının üzvü Rəbiyyət Aslanovadır...


Səs: Real audio
“Qafqaz ceyranının qırılma təhlükəsi var” Bu dəfə o suallarmıza cavab verir. Ötən verilişlərdə olduğu kimi «Ayna»-«Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirov və «Ekspress» qəzetinin əməkdaşı Zöhrab İsmayıl da söhbətdə iştirak edir…



Söhbət belə bir sualla başladı. 3 müxalifət partiyası-AXCP, ADP və Müsavat mitinq haqqında qərarın dəyişdirilməsini və onların qarşıdurmaya getməmələrini dialoqa hazır olmalarıyla izah ediblər. Belə olan halda hakimiyyət də dialoqun baş tutması üçün qarşı tərəfə doğru hər hansı addım ata bilərmi?



Rəbiyyət Aslanova dedi ki, dialoqun baş tutması üçün hakimiyyət və müxalifət arasında etimadın daha çox artırılmasına ehtiyac var. Bununla belə o qeyd elədi ki, dialoq kiminsə istəyindən yox, tarixi zərurətdən irəli gəlir…



Həftənin əsas hadisələri:



ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş dialoq təklifiylə çıxış etdi. Cənab Harniş bildirdi ki, hakimiyyət və müxalifət arasında dialoqun baş tutması üçün tərəflər öz üzərlərinə öhdəlik götürməlidirlər…



Milli Məclisin sədri Murtuz Ələsgərov dialoq haqqında təkliflərə müsbət reaksiya verdi. Parlament başçısı bildirdi ki, tərəflər bir araya gəlib, mübahisəli məsəlləri müzakirə edə bilərlər…



MDB-nin İcraiyə Komitəsinin rəhbəri Vladimir Ruşaylo Bakıya gəldi. Səfərin gedişində MDB-nin strukturuna dəyişiklik edilməsiylə bağlı müzakirələr aparıldı…



Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov bir gün polisdə saxlanıldı. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatında bu, onun polisin əməliyyatına mane olmasıyla izah edildi…



Prezident İlham Əliyev Roma Papası II İohan Pavelin dəfnində iştirak etmək üçün Vatikana getdi…



Avropa Birliyinin xüsusi elçisi Antonius De Vris mətbuat konfransı keçirdi. Avropalı elçi dedi ki, əgər qarşıdan gələn parlament seçkiləri saxtalaşdırılsa Azərbaycan bundan çox şey itirəcək…



Bakı Şəhər İcra Hakimiyyəti Müsavat, ADP və Azərbaycan Xalq Cəbhəsi Partiyasının mitinqinə icazə vermədi…



«Sərhədsiz Reportyorlar» Jurnalistlərin Beynəlxalq Müdafiəsi təşkilatının baş katibi Rober Menar Bakıya gəldi. O mərhum jurnalist Elmar Hüseynovun qətlinin istintaqı ilə bağlı həm dövlət başçısı İlham Əliyev, həm də Daxili İşlər Naziri Ramil Usubovla görüşdü…



Bakı Şəhər İcra Hakimiyyəti davamlı danışıqlardan sonra jurnalistlərin mitinqinə icazə verdi. Ancaq Elmar Hüseynovun qətliylə bağlı keçirlən bu aksiya, şəhər rəhbərliyi ilə razılaşdırıldığı kimi Elmlər Akademiyasının akt zalında yox, həmin binanın qarşısından 2-ci «Fəxri Xiyaban»a qədər yürüşlə keçirildi…



İndi isə bu həftəyə keçək…



Amerika Birləşmiş Ştatlarının Müdafiə Naziri Donald Ramsfeld Bakıya gəlməlidir…



Prezident İlham Əliyevin Pakistana səfər edəcəyi gözlənilir…

Bu həftə həmçinin Avropa Şurası Parlament Assambleyasının məruzəçiləri Andreas Qross və Andreas Herkel Azərbaycana gəlməlidirlər…
XS
SM
MD
LG