Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:22

“Hakimiyyət ABŞ səfirinə qarşı kampaniyanı genişləndirir”


Səs: Real audio
“Qafqaz ceyranının qırılma təhlükəsi var” «525-ci qəzet» yazır ki, daxili işlər naziri Ramil Usubov jurnalist Elmar Hüseynovun qətlini sakitliyi pozmaq istəyən qüvvələrin törətdiyini deyib. O, qətlin Hacı Məmmədovun dəstəsinin üzvləri tərəfindən törədilməsini də istisna etməyib.



«Yeni Azərbaycan» qəzeti yazır ki, Maliyyə Nazirliyi bu il büdcə vəsaitlərinin necə xərclənməsinə dair nazirliklər, ali məktəblər və idarələrdə yoxlamalar aparacaq.



«Bu gün mitinq olacaq». «Azadlıq» qəzeti yazır ki, Elmar Hüseynovun qətlinə və mətbuatın problemlərinə etiraz edənlər Elmlər Akademiyasının qarşısına toplaşacaqlar.



Dövlət Gömrük Komitəsi Ermənistana ötürülməsi planlaşdırılan 2000 ton yanacaq müsadirə edib. Yanacağın sahibi olan Amerika, Türkiyə və Gürcüstan şirkətləri isə cərimələnib. Ətraflı «Üç nöqtə» yazır.



«Xalq Cəbhəsi» qəzeti yazır ki, Rumıniya GUÖAM-a üzv qəbul olunacaq. Buxarestin bu addımı Qara dənizin bütünlüklə NATO-nun nəzarətinə keçməsi ilə nəticələnəcək.



“Hakimiyyət ABŞ səfirinə qarşı kampaniyanı genişləndirir”. Bəzi deputatlar Rino Harnişi Azərbaycanda inqilab hazırlamaqda günahlandırırlar. Bu barədə «Bakı Xəbər» yazır.



«Azərbaycan Avroatlantik strukturlara sürətlə inteqrasiya etməkdədir». «Azərbaycan» qəzeti yazır ki, bu inkişafda İlham Əliyevin rolu böyükdür.



«Ayna» qəzeti Müsavat partiyasının sədr müavini Arif Hacıyevlə müsahibə dərc edib. O deyir ki, satqınlarla bir yerdə olmaq absurddur və 15-16 oktyabrda fədakarlıq göstərənlərlə başqaları arasında fərq qoyulmalıdır.
XS
SM
MD
LG