Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:24

Bəzi deputatlar ABŞ səfirinin bölgələrə səfərindən narahatlıq keçirir


Səs: Real audio
“Qafqaz ceyranının qırılma təhlükəsi var” “ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş bir tərəfdən, qarşıdan gələn parlament seçkilərinin azad, şəffaf və demokratik keçirilməsini KİV-in diqqətinə çatdırır, digər tərəfdən də, özü bu şəffaflıqdan yayınır. Bölgələrə etdiyi səfərlərdə yalnız radikal müxalifətin nümayəndələri ilə qapalı görüşlər keçirir”.

Ana Vətən partiyasının sədri Fəzail Ağamalı belə deyir. O, səfirin niyyətinin nədən ibarət olduğunu və Azərbaycan XİN-nin indiyə qədər bu məsələyə niyə müdaxilə etməməsinin səbəbini anlamadığını bildirir.



YAP icra katibi Əli Əhmədov isə deyir ki, “Azərbaycanda demokratik dəyərlər qərar tutub. Buna görə də, ABŞ-ın və digər ölkələrin səfirləri ölkənin hər hansı bir bölgəsinə səfər edib oradakı ictimai–siyasi proseslərlə tanış olmaq istəyirsə, heç kim buna etiraz etmir. Ancaq bir sıra məqamlar var ki, onlara aydınlıq gətirilməlidir”.



“Demokratiyanın vacib şərtlərindən biri də aşkarlıqdır” deyən Əli Əhmədov əlavə edir ki, əgər hansısa məsləhətləşmələr aparılırsa, bunu Azərbaycanın bütün siyasi partiyalarının, o cümlədən də YAP-ın nümayəndələri ilə də etmək lazımdır. Özü də açıq şəkildə.



“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin direktoru Eldar İsmayılov isə deyir ki, hər hansı səfirlik bölgələrə səfər edərkən ilk növbədə hakimiyyəti xəbərdar edir və onun razılığını alır.



ABŞ səfirinin bölgələrdə keçirdiyi görüşlərlə bağlı məsələyə Azərbaycan Xarici İşlər Nazirliyindən münasibət bildirmək istəmədilər.



ABŞ səfirliyinin mətbuat xidmətinin əməkdaşı Mehdi Mehdiyev isə dedi ki, səfirliyin bu deyilənlərə heç bir şərhi yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG