Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:43

Jurnalistlər mitinq keçirir, müxalifətsə yox


Səs: Real audio
“Qafqaz ceyranının qırılma təhlükəsi var” Müxalifətin AXCP, ADP və Müsavatdan ibarət «Uğur» bloku aprelin 10-a planlaşdırdığı mitinqi təxirə saldı.



Bu barədə aprelin 8-də keçirilən müzakirələrdən sonra AXCP-nin sədri Əli Kərimli bildirib.



İki gün öncə isə partiyanın sədr müavini Həsən Kərimov mətbuata açıqlamasında meriya icazə verməsə belə, AXCP-nin mitinqə getməyə hazır olduğunu söyləmişdi.



Əli Kərimli isə deyir ki, icazəsiz mitinqə getmək barədə ümumi razılıq olmadığı üçün konkret qərar qəbul edilməyib. O, müttəfiqlərin imtina etmək üçün arqumentlərinin nədən idarət olduğu barədə danışmaq istəmədi.



Əli Kərimli bildirdi ki, növbəti həftə mitinqlərlə bağlı yenidən müzakirələr keçiriləcək. Amma bu dəfə güzəşt edilməyəcək.



Müxalifətin mitinqləriylə bağlı məsələ bu gün ölkə parlamentində də müzakirə edilmişdi.



Millət vəkili Musa Musayev deyir ki, müxalifət keçirəcəyi mitinqlərdə təxribat törətməyə hazırlaşır.



AXCP-dən verilən açıqlamada Musa Musayevin bu fikirlərinin əsassız olduğunu söylədilər.



Ölkə jurnalistləri isə aprelin 9-a planlaşdırdıqları mitinqi keçirmək qərarında israrlıdırlar. Mətbuat Şurasının üzvü Azər Həsrət belə deyir.



Şəhər meriyası isə həm jurnalistlərə, həm də müxalifətə mitinq keçirməyə icazə vermədiyi barədə cavab məktubu göndərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG