Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:33

Antonius de Vris: “Seçkilərdəki pozuntuları açıq bəyan edəcəyik”


Səs: Real audio
“Qafqaz ceyranının qırılma təhlükəsi var” “Qarşıdakı seçkilər demokratik olmasa, Azərbaycan çox şey itirəcək. Çünki, nə Avropa Birliyi, nə də avropalı investorlar azad və ədalətli yolla seçilməyən hökumətlə iş görmək istəməyəcək”.



Bunu Avropa Komissiyasının Azərbaycandakı səfiri Antonius de Vris aprelin 8-də keçirdiyi mətbuat konfransında deyib.



Antonius de Vris Azərbaycan və Avropa Birliyi arasında əməkdaşlığın yeni mərhələsinin qarşıdakı seçkilərdən asılı olduğunu bildirib.



“Biz görsək ki, parlament seçkiləri demokratik standartlara uyğun deyil, bunu açıqca bəyan edəcəyik”.



Aprelin 8-də Avropa Komissiyası Azərbaycanla bağlı hesabatını da açıqlayıb.



Antonius de Vrisin sözlərinə görə, bir çox sahələrdə Azərbaycanda vəziyyət Sovet dövründəkindən müsbət mənada fərqlənsə də, məhkəmələrin müstəqilliyi, qanunların aliliyi, demokratik seçkilərin keçirilməsi və başqa istiqamətlərdə yetərincə ciddi problemlər var.
XS
SM
MD
LG