Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:36

İsgəndər Həmidov azadlığa çıxdı


Səs: Real audio
“Qafqaz ceyranının qırılma təhlükəsi var” Dünən DİN—in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılan sabiq daxili işlər naziri, Azərbaycan Milli Demokrat partiyasının sədri İsgəndər Həmidov bu gün azad edilib.



İsgəndər Həmidov deyir ki, saxlanmasına səbəb siyasi fəaliyyətlə məşğul olmasıdır.



Milli Demokrat partiyasından verilən başqa bir məlumatda isə deyilir ki, İsgəndər Həmidov həbsdən azad olunandan sonra partiya sədrinin müavini Eldar Tağıyevi də həmin idarənin əməkdaşları maşına əyləşdirib Şıxov çimərliyinə aparıblar. Orada Eldar Tağıyevə hədə-qorxu gəlinib və siyasətlə məşğul olmamaq tövsiyə olunub.



DİN-dən Ehsan Zahidov bu məlumatı təkzib etdi. Nazirliyin siyasətə qarışmadığını söyləyən cənab Zahidov onu da əlavə etdi ki, İsgəndər Həmidov DİN-in əməliyyatını pozmağa cəhd etməsəydi, idarənin əməkdaşlarının da onunla işi olmayacaqdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG