Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:05
Rubrikalar

Neftin qiyməti növbəti 20 ildə yüksələcək


Səs: Real audio
“Qafqaz ceyranının qırılma təhlükəsi var” Beynəlxalq kənd təsərüfatı inkişafı fondu Azərbaycana 2.5 milyon dollarlıq kredit ayıracaq. Azərbaycan kənd təsərrüfatında özəl bölməyə yardım üzrə inkişaf agentliyinin sədri Vaqif Hüseynov vəsaitin 40 il ərzində geri qaytarılacağını deyir. Agentlik kəndlilərə 1996-cı ildən indiyədək 17 milyon dollardan çox kredit paylayıb.



Növbəti 20 ildə neftin qiyməti durmadan artacaq. Beynəlxalq Valyuta Fondunun Dünya İqtisadiyyatına Baxış adlanan hesabatında belə deyilir. Beynəlxalq Valyuta Fondu 2010-cu ildə 1 barrel qara qızılın 34 dollar, 2020-ci ildə isə 39-56 dollar olacağını gözləyir. Bundan qazanan isə neft ixracatçıları ölkələrinin təşkilatı olan OPEK, Rusiya və Azərbaycanın da daxil olduğu yeni neft ölkələridir. Hesabatda o da deyilir ki, dünya yüksək neft qiymətləri ilə yaşamağa öyrənməlidir. ABŞ-ın Enerji Departamenti isə 2005-2006-cı illərdə bir barrel neftin qymətinin 55 dollar olacağını proqnozlaşdırıb. Rəsmi məlumatlara görə, Azərbaycan dövlət büdcəsinin 60 faizdən artıq hissəsi neft gəlirlərindən asılıdır.



Aprelin 8-də Milli Bankdan aldığımız məlumata görə, rubldan başqa bütün vayutaların məzənnələrində eniş baş verib. İndi 1 rubl 174, avro 6205, 1 dollar isə 4841 manatdı.
XS
SM
MD
LG