Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:24

H. Əliyevin heykəli üçün Gəncədən Çinə nümayəndə gedib


Səs: Real audio
“Qafqaz ceyranının qırılma təhlükəsi var” Gəncədə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin xatirə kompleksinin tikintisi bu ayın axırlarında yekunlaşacaq.



Şəhər rəhbərliyindən aldığımız məlumata görə, keçmiş Lenin, sonralar Azadlıq, indisə Heydər Əliyev adlanan meydanda mərhum prezidentin bürüncdən olan heykəli üzərində son tamamlama işləri aparılır.



Gəncənin sabiq prezidentin heykəlinin ucaldılmasında digər rayon və şəhərlərdən geri qalmasına səbəbsə burada həm də Heydər Əliyevin xatirə muzeyinin tikilməsidir.



Qədim Roma və Orta Şərq memarlığının sintezi əsasında tikilən muzey 5 hektarlıq meydanın bir hissəsini təşkil edir. Bu hissədə olan fontanın fundamentində rekonstruksiya işəri aparılıb və köpüklü fəvvarə qurulması üçün yenidən düzəldilib.



Heydər Əliyevin 7 metrlik heykəli də bu meydana qoyulacaq.



Ölkə başçısı İlham Əliyev ötən il Gəncəyə səfəri zamanı bu layihəylə tanış olmuş və atasının kresloda oturmuş vəziyyətini əks etdirən eskizi bəyənməmişdi. O, Heydər Əliyevin ayaqüstə heykəlinin yaradılmasını məqsədəuyğun saymışdı.



Heykəlin postamentinin isə iri bir qranit qayasından hazırlanması nəzərdə tutulub. Bunun üçün Çinə nümayəndə göndərilib.



Qeyd edək ki, vaxtilə Sovet hökumətinin qurucusu Vladimir Leninin ayaqüstü təxminən 7 metrlik heykəli də məhz bu meydanda yerləşirdi.



Hüquq-mühafizə orqanlarında çalışan zabitlərdən və yerli sahibkarlardan muzeyin tikintisi üçün pul yığıldığı bildirilir. Şəhər rəhbərliyi isə bu məlumatı təkzib edir. Rəhbərlik muzeyin daxili imkanlar hesabına tikildiyini açıqlasa da, nə daxili imkanların mənbəyi, nə də smeta xərcləri barədə məlumat verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG