Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:33

İ. Həmidov həbs olundu


Səs: Real audio
"Söhbət mətbuat azadlığından, azad və ədalətli seçkilərdən, ədalətli məhkəmələrdən və məhkəmə proseslərindən gedir ki, bunlar gələcəkdə yeni siyasi məhbusların yaranmasına gətirə biləcək vəziyyətin qarşısını ala bilər." Azərbaycan Milli Demokrat partiyasının sədri, sabiq daxili işlər naziri İsgəndər Həmidov aprelin 7-də həbs olunub.



Bu barədə onun müavini Eldar Tağıyev məlumat verib.



İsgəndər Həmidovun vəkili Yavər Hüseyinsə bildirir ki, İsgəndər Həmidov həbsdən azad olunandan sonra ona qarşı üçüncü dəfədir bu cür davranırlar.



Vəkil bunu sabiq nazirin siyasi fəaliyyəti ilə əlaqələndirir. Və bildirir ki, İsgəndər Həmidovu DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının həbs etdiyi haqda onda məlumat var. Amma idarənin rəhbərliyi və DİN ona bu haqda məlumat vermir.



DİN-in mətbuat xidmətindən Ehsan Zahidov isə bildirdi ki, İsgəndər Həmidov DİN-in keçirdiyi əməliyyatı pozmağa cəhd etdiyi üçün həbs olunub. Amma Ehsan Zahidov onun hazırda harada saxlanması haqda məlumatı olmadığını söylədi.



İsgəndər Həmidov 1995-ci ilin martında dövlət əmlakını mənimsəmək, vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilərək 15 illik azadlıqdan məhrumetmə cəzası almışdı. Cəzasının 9 ilini çəkəndən sonra prezident fərmanı ilə 2003-cü ilin dekabrında azad olunmuşdu.
XS
SM
MD
LG