Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:00

Jurnalistlər mitinqi təxirə salmaq istəmirlər…


Səs: Real audio
"Söhbət mətbuat azadlığından, azad və ədalətli seçkilərdən, ədalətli məhkəmələrdən və məhkəmə proseslərindən gedir ki, bunlar gələcəkdə yeni siyasi məhbusların yaranmasına gətirə biləcək vəziyyətin qarşısını ala bilər." Bakı Şəhər İcra Hakimiyyətinin mövqeyindən asılı olmayaraq jurnalistlər mitinq keçirməkdə israrlıdırlar. Mitinqin keçirilməsiylə bağlı yaradılan Təşkilat Komitəsinin sədri Yadigar Məmmədli deyir ki, şəhər rəhbərliyi müraciətə hələ ki, yazılı cavab verməyib. Ancaq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov aprelin 7-si, səhər üz-üzə görüş zamanı, onlara şifahi şəkildə aksiyanı təxirə salmağı məsələhət görüb. Yadigar Məmmədlinin sözlərinə görə, Hacıbala Abutalıbovla görüşdə ondan başqa «Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev də iştirak edib. Bakı şəhər İcra Hakimiyyətinin başçısı bu qərarını mərhum Elmar Hüseynovun atası Sabir Hüseynovun mitinqin əleyhinə olmasıyla izah edib.

Yadigar Məmmədlinin sözlərinə görə, onlar isə bildiriblər ki, Sabir Hüseynovun mövqeyinə hörmətlə yanaşırlar. Ancaq mitinqi təxirə salmaq qərarı onun istəyindən aslı deyil. Əslində onlar bu aksiyada tək Elmar Hüseynovun qətlindən yox, bütövlükdə junlalistlərin üzləşdiyi problemlərdən bəhs etmək istəyirlər. Elmar Hüseynovun atası Sabir Hüseynov isə deyir ki, o heç də aksiya keçirilməsinin əlehinə deyil:

-Mən mitinqin keçirilməsinə normal baxıram. Ancaq mitinqlərə mən icazə vermirəm. Onsuz da 2 ildir aksiyalara icazə vermirlər. Onlara da demişəm, mənim adımdan istifadə etməsinlər…

Yadigar Məmmədli deyir ki, Bakıda səfərdə olan «Article 19» təşkilatının rəhbəri Aqnes Kalamardın da aksiyada iştirak edəcəyi gözlənilir. Onun sözlərinə görə, üstəlik aprelin 8-də Bakıya gələcək «Sərhədsiz Reportyorlar» təşkilatının baş katibi Rober Menarı da mitinqə dəvət etmək fikrindədirlər. Yadigar Məmmədli ümüd edir ki, beynəlxalq təşkilatlarla aparılan danışıqlar və onların vədd etdikləri səylər də aksiyanın keçirilməsinə şəhər rəhbərliyinin yaratdığı süni maneələrin aradan qaldırılmasıına kömək edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG