Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:28

“Artikl 19” təşkilatı Milli Məclis qarşısında tələb qoydu


Səs: Real audio
"Söhbət mətbuat azadlığından, azad və ədalətli seçkilərdən, ədalətli məhkəmələrdən və məhkəmə proseslərindən gedir ki, bunlar gələcəkdə yeni siyasi məhbusların yaranmasına gətirə biləcək vəziyyətin qarşısını ala bilər." “İki ilə yaxın aparılan müzakirələrdən sonra «İnformasiya azadlığı haqqında» qanunun qəbulu prosesinin dayandırılmasından narahatıq. Milli Məclis bu qanunu müzakirəyə çıxarıb qəbul etməlidir”.



Bunu Bakıda səfərdə olan «Artikl-19» beynəlxalq söz və mətbuat azadlığının müdafiəsi təşkilatının nümayəndələri aprelin 7-də «Yeni Nəsil» Jurnalistlər Birliyi ilə birgə keçirdikləri tədbirdə deyiblər.



Təşkilatın icraçı direktoru Anq Kalamard deyir ki, onlar hələ də bu qanunun yaxın vaxtlarda qəbul olunmasına ümid edirlər.



Təşkilatın digər nümayəndəsi İryuna Smolina isə «İnformasiya azadlığı haqqında» qanunu “başıbəlalı” qanun adlandırıb.



MM-in üzvü Rizvan Cəbiyev isə təşkilatın təmsilçilərinin tənqidi fikirlərini qəbul etmədiyini bildirib. O deyir ki, həm hökumət, həm MM qanunun qəbulunda maraqlıdır.



«Qanunun birinci oxunuşunda biz tənqidlərlə qarşılaşmışdıq və burada haqlı məqamlar da vardı» deyən millət vəkili bildirib ki, indiki məqamda onlara hər hansı təzyiqdən söhbət gedə bilməz. Çünki, Azərbaycanda demokratiya haqqında təsəvvürlər bəlkə də beynəlxalq təşkilatlardakından daha genişdir.



Rizvan Cəbiyev deyir ki, qanunun 7 fəsildən ibarət yeni variantı artıq hazırdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG