Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:36

Leyla Yunus həbsxanalarda 130 nəfərə yaxın siyasi məhbusun qaldığını deyir


Səs: Real audio
"Söhbət mətbuat azadlığından, azad və ədalətli seçkilərdən, ədalətli məhkəmələrdən və məhkəmə proseslərindən gedir ki, bunlar gələcəkdə yeni siyasi məhbusların yaranmasına gətirə biləcək vəziyyətin qarşısını ala bilər." AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Rəfael Hüseynovun fikrincə, artıq Azərbaycanda siyasi məhbus problemini qapanmış hesab etmək olar. O deyir ki, «716 nəfərlik siyasi məhbus siyahısında adı olanların hamısı artıq azadlıqdadır. Həmin siyahıdan cəmi 3 nəfər azad edilməyib. Bu Elçin Əmiraslanov və digər iki nəfərdir ki, onlar da ağır cinayətlərdə, qətl hadisəsi törətmədə təqsirli biliniblər. Onların siyasi məhbuslarla bir sırada dayanması düzgün deyil. Ancaq buna baxmayaraq Azərbaycan nümayəndə heyəti müzakirələr zamanı ölkə rəhbərliyinin bu məsələni də müzakirə etməyə hazır olduğunu oradakıların diqqətinə çatdırıb».

Rəfael Hüseynov deyir ki, aprelin 6-da AŞRA-nın Hüquq Məsələləri və İnsan Haqları Komissiyasında Azərbaycanda siyasi məhbus problemi sonuncu dəfə müzakirə edildi.

Sülh və Demokratiya İnstitutunun Direktoru Leyla Yunus isə bu fikirlə razılaşmır. O deyirki, bu məsələ hələ də qalır və onu gündəlikdən heç kim çıxarmayıb:

«AŞ-nın üzərində işlədiyi 716 nəfərlik siyahıdan həbsxanada az adam qalıb. Ona görə də deyirlər ki məsələ həll olunub. Ancaq İnsan Hüquqları Federasiyasının siyahısında 130 nəfərə yaxın siyasi məhbus var. Onların əksəriyyəti 2001-ci ildən sonra həbs edilib. Mən o siyahını Belçika parlamentinin sədrinə və Almaniya xarici işlər nazirliyinə vermişəm. Onlar deyirlər ki, bu çox vacib məsələdir».

Hüquq müdafiəçisi Rəna Sadəddinovanın fikrincə isə həqiqətən də siyasi məhbusların böyük bir hissəsi azad olunub. Ancaq buna məsələnin qapanması demək hələ tezdir. Çünki 60-a yaxın siyasi məhbus hələ də həbsxanadadır:

«716 və 88 nəfərlik siyahılarda adları olanlardan həbsdə qalanlar var. Qarabağ partizanları həbsdədir. Seçki məhbuslarından 3 nəfər hələ də həbsxanadadır. Həmçinin Nardaran hadisələri ilə bağlı həbsdə olanlar var».

Rəna Sadəddinova deyir ki, bu adamların hamısı həbsdən azad olunmayınca, Azərbaycanda siyasi məhbus məsələsi qapanmayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG