Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:09

Qonağımız - 16 yaşlı Ləman Bayramova. Müxtəlif əşyalardan dekorativ tablolar hazırlayır


Səs: Real audio
Putinin “MDB—ni dəfn etməsi” haqda iddialar şişirdilib - Fikirləşirəm ki, gələcəkdə mən bu sahədə işimi davam etdirsəm daha çox uğur qazanaram, nəinki həkim, müəllim, yaxud da başqa bir peşə sahibi olsam.

16 yaşlı Ləman Bayramova müxtəlif əşyalardan dekorativ tablolar hazırlayır. Onda bu həvəsin yaranmasında müəlliminin də az rolu olmayıb.

- Uşaqlıqdan biz dəniz sahilində yaşamışıq. Elə o vaxtdan tək olmağı, bir işlə tək məşğul olmağı xoşlayırdım. Belə vaxtlarda qumun üstündə balıqqulaqlarından müxtəlif güllər və ya başqa mənzərələr düzəltməyə çalışırdım. Sonra bunları taxta, kətan üzərinə yapışdırmağa başladım. Gördüm ki, nəsə alınır. Əmək dərslərində bunları müəllimə göstərirdim. Müəllim məni hər dəfə qiymətləndirirdi. Bundan sonra məndə həvəs yarandı.

Hazırladığı tablolarla Ləman hətta Yaponiya səfirinin də diqqətini cəlb edib.

- Yaponiya səfiri gələcəkdi bizim məktəbə. Və biz səfirə Azərbaycanın milli adət-ənənələrini, Novruz adətlərini göstərməli idik. Müəllim hərəmizə bir iş tapşırmışdı. Mən isə hazırladığım tabloları göstərdim. Səfir onların içərisində ən çox mənim işimi bəyənmişdi. Ona çox maraqlı gəlmişdi ki, mən müxtəlif buğda çöplərindən, düyülərdən tabloda boş qalan hissələri necə doldururam.

Valideynləri Ləmanı həkim kimi görmək istəsələr də, Ləmanın arzusu tam başqadır.

- Ən böyük arzum gələcəkdə beynəlxalq səviyyəli festivallarda, daha mötəbər sərgilərdə iştirak etmək, ölkəmizi, bayrağımızı dünya ölkələrinə tanıtmaqdır. Kiçik bir sahə də olsa, bu sahədə sözümü deyə biləcəyimə inanıram. Fikirləşirəm ki, nəyəsə nail ola bilərəm.
XS
SM
MD
LG