Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:24

Xatəmi: “Dinc atomdan imtina qəbuledilməzdir”


Səs: Real audio
Putinin “MDB—ni dəfn etməsi” haqda iddialar şişirdilib --“Eurasia.net”



Vladimir Putin Ermənistana son səfəri zamanı diqqəti cəlb edən bəyanat verib: Rusiya lideri açıq şəkildə etiraf edib ki, MDB siyasi və iqtisadi inteqrasiya üçün yaşamağa qadir qurum deyil.



Martın 25—də Yerevanda keçirilən mətbuat konfransında Putin deyib ki, “MDB—nin məqsədi SSRİ-nin dağılması prosesini sivil metodla aparmaqdı. Və MDB bu tapşırığın öhdəsindən gəlib”.



Ola bilsin, Putinin bu bəyanatı üç MDB ölkəsi—Gürcüstan, Ukrayna və Moldovada anti—Rusiya əhval—ruhiyyəsinin artmasının nəticəsidir.



Amma Putinin “MDB—ni dəfn etməsi” haqda iddialar şişirdilib.



Ehtimal ki, MDB—nin qüsurlarını etiraf etməklə Putin narazılığı azaldaraq üzv ölkələrin Birlikdən çıxmasının qarşısını almağa çalışır.



--“Qardian”



Beş il əvvəl “Ukrainskaya Pravda” qəzetinin baş redaktoru Qeorqi Qonqadzenin qətli keçmiş prezident Leonid Kuçmaya qarşı kütləvi çıxışların başlanmasına gətirib çıxarıb.



Viktor Yuşenko prezident seçiləndən sonra işin mahiyyətinə varacağını vəd etmişdi. Ancaq onun hökumətinin bu qətli açacağına dair şübhələr var.



Hazırkı nazirlərin çoxu, elə Viktor Yuşenkonun özü də Kuçma hökumətində postlar tutublar.



Kiyev Siyasi Marketinq Mərkəzindən Vasiliy Stoyakin deyir ki, “işin üstünü açmaq üçün siyasi irədə artıq sezilmir”.



Qonqadzenin xanımı isə hesab edir ki, ərinin ölümü “narıncı inqilab”ı narahat etməlidir. O, deyir:



“Viktor Yuşenko dürüst adamdır, ancaq əgər o, cəmiyyətin irəli getməsini istəyirsə, Qonqadzenin qətlini açmalıdır”.



--“Fiqaro”



Qəzetə eksklüziv müsahibəsində İran prezidenti Məhəməd Xatəmi bir daha bildirib ki, ölkəsi nüvə sahəsində proqramlarını ancaq müvəqqəti məhdudlaşdırmağa razıdır.



O, deyib:



“Nüvə silahının yayılmaması haqda müqavilə və beynəlxalq konvensiyalar bizə dinc məqsədlər üçün nüvə texnologiyasına malik olmağa imkan verir. Ümid edirəm ki, məsələni qısa zamanda nizamlamaq mümkün olacaq”.



“Sizin nüvə obyektlərinizə Amerikanın mümkün hərbi zərbələri haqda şayiələri ciddi sayırsınızmı” sualına cavabında Xatəmi bunları bildirib:



“Əgər buna hazırlaşırıqsa, deməli, ciddi qəbul edirik. Ancaq bu, az inandırıcıdır. Belə zərbələr həm İrana, həm də təcavüzkar tərəfə zərər vurardı. Ümid edək ki, ABŞ bundan sonra da ağıllı davranacaq. Amma istənilən düşüncəsiz addımdan biz özümü qorumağa hazırıq”.



--“Tayms”



Çağdaş ərəb dünyası bir növ “qara dəliyə” çevrilib. Orada heç nə baş vermir və oradan çıxmaq mümkün deyil.



Bu haqda ərəb dünyasının inkişafına dair bu günlərdə yayılan hesabatda deyilir.



Hesabata əsasən, region hökumətləri əvvəlkitək islahatlardan imtina edərlərsə, ərəb ölkələrini faciə gözləyir. Çünki, natamam islahatlar artıq qəbuledilməzdir.



Hesabat müəllifləri Amerikanın İraqın işğalını da tənqid edirlər. Onlar deyirlər ki, “İraq xalqı onun əsas hüquq və azadlıqlarını pozan istibdad üsul-idarəsindən qurtularaq xarici işğal altına düşüb. Bu isə əhalinin iztirablarını ancaq artırıb”.
XS
SM
MD
LG