Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:31

Azərbaycan Rusiyaya məxsus iki kəndi geri istəyir


Səs: Real audio
“Amerikalılar Qara dəniz ətrafında fəallaşırlar” Aprelin 6-da Dağıstan Respublikasının Dərbənd rayon İcra Hakimiyyətində mübahisəli sərhəd əraziləri ilə bağlı Azərbaycan- Rusiya birgə komissiyasının iclasında daha ciddi bir məsələ qaldırılıb.



Belə ki, Azərbaycan nümayəndə heyəti Xaçmaz rayonunda yerləşən Rusiyaya məxsus Kraxoba və Üryanoba kəndlərinin Azərbaycana qaytarılması məsələsini gündəliyə çıxarıb.



Məsələyə qarşı tərəfin reaksiyası ilə bağlı informasiya yoxdur. Bu məlumatı Dağıstan Dövlət Şurasından almışıq.



Dərbənd İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri Nazilə Əsgərovadan aldığımız xəbərdə isə bildirilir ki, Azərbaycan-Rusiya komissiyasının iclasında iki ölkə arasında mübahisəli ərazilərlə bağlı müzakirələr bu gün də davam etdirilir.



İclasda Xaçmaz rayonundakı Yalama meşə massivi, Qusarda Samur çayı və Balakən rayonunda "Bağçalıq" adlanan mübahisəli ərazilərdə sərhədlərin dəqiq təyin edilməsi ilə bağlı danışıqlar aparılır.



Nazilə Əsgərovanın bildirdiyinə görə, KİV-lər üçün hələlik açıqlama verilmir.



Qeyd edək ki, iclasda Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiya tərəfini isə Xarici İşlər Nazirliyinin rəsmisi Aleksandr Yakovenko təmsil edirlər.



Nümayəndə heyətlərinin tərkibinə sərhədyanı rayonların icra başçıları, torpaq şöbələrinin müdirləri və digər rəsmi şəxslər daxildirlər.



Saat 18.00 radələrində Dərbənddən məlumat aldıq ki, komissiya öz işini

davam etdirir.



Mətbuat xidmətinin rəhbəri Nazilə Əsgərova bildirdi ki, mətbuat konfransının aprelin 7-də keçiriləcəyi də istisna olunmur.
XS
SM
MD
LG