Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:24

DİN polkovniki həbs edildi


Səs: Real audio
“Amerikalılar Qara dəniz ətrafında fəallaşırlar” DİN-in polkovniki Kamil Sədrəddinov MTN-in keçirdiyi əməliyyat nəticəsində Moskva şəhərində həbs olunub.



Bu barədə MTN və Baş Prokurorluğun birgə açıqlamasında məlumat verilir. Bildirilir ki, Kamil Sədrəddinovun MTN-in martın 10-da keçirdiyi «Qara kəmər» əməliyyatı zamanı həbs olunan DİN zabiti Hacı Məmmədovla yaxın münasibətləri olub.



Məlumata görə, Kamil Sədrəddinov Hacı Məmmədovun DİN-də çalışdığı şöbənin müdiri olub. İstintaqa ilkin ifadələrində Kamil Sədrəddinov Hacı Məmmədovun əməllərindən məlumatı olduğunu deyib və bildirib ki, bu barədə qorxduğu üçün rəhbərliyə məlumat verməyib.



Prokurorluq və MTN-in açıqlamasında bildirilir ki, Kamil Sədrəddinov istintaqın gedişinə yardım etməyə hazır olduğunu söyləyib. Məlumatda o da deyilir ki, «Qara kəmər» əməliyyatının davamı olaraq hələ axtarış tədbirləri həyata keçirilir.



DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovun sözlərinə görə, Kamil Sədrəddinov uzun müddət DİN-də çalışır və yaxşı əməliyyat təcrübəsi olan əməkdaşdır. Qaldı nazirlik ətrafında baş verənlərə, Ehsan Zahidov deyir ki, bu məsələləri istintaq araşdırır və onların hələlik deyəcəkləri söz yoxdur.



Təhlükəsizlik nazirinin sabiq müavini Sülhəddin Əkbərsə deyir ki, Elmar Hüseynovun qətlindən sonra hay-küylü cinayət işinə başlamağın pərdəarxası səbəbləri var. Və burada siyasi səbəblər də istisna deyil.



Sülhəddin Əkbər hesab edir ki, Hacı Məmmədov kimi, Kamil Sədrəddinov da əsas fiqur deyil. O hesab edir ki, baş verənlər siyasi xarakterlidir və bu məqam əsas fiqurun tapılmasıyla nəticələnə bilər.



Hacı Məmmədov yaxın adamları ilə birgə MTN-in martın 10-da keçirdiyi əməliyyat nəticəsində tutulub. Onlar 20-ə qədər adamoğurluğu və qətllər törətməkdə günahkar bilinirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG