Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:06

Kiçik marşrut avtobusları şəhərdən çıxarılacaq



«Yaxın vaxtlarda Bakıda fəaliyyət göstərən kiçik marşrut avtobusları şəhərdən çıxarılacaq». Azərbaycan Nəqliyyat Nazirliyi «Avtonəqliyyatservis» Departamentinin rəisi Çingiz Baxişev belə deyib.
Onun sözlərinə görə, qısa müddət ərzində kiçik marşrut avtobusları orta və iritutumlu nəqliyyat vasitələri ilə əvəzlənəcək: «Yaxın gələcəkdə Azərbaycana 600 ədəd orta və iritutumlu «Daewoo» və digər modeldə olan avtobuslar gətiriləcək».

Hazırda Bakıda 2 min mikroavtobus və 1,5 min ədəd orta və iritutumlu avtobus mövcuddur.
/APA-ECONOMICS/
XS
SM
MD
LG