Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:56

«Dənizə yaxın ərazidə heç bir tikinti aparılmayacaq»


Dənizkənarı bulvar
Dənizkənarı bulvar
Bakı Bulvarında 11 karusel sıradan çıxıb, əvəzinə 6-sı quraşdırılıb.

Bunu «Azadlıq» radiosuna Bakı Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov dedi.

Bakı bulvarının 100 illik yubileyində radionun qonağı olan qurum rəsmisi ötən ilin yayında dinləyicilərimizə verdiyi vədləri sadaladı:
««Can Bakı» verilişində demişdim ki, Bakı bulvarında yenidənqurma, abadlıq, təmir işləri aparılacaq. Verdiyimiz vədlər gözlədiyimizdən də artıq özünü doğrultdu. Yeni ağaclar, gül-çiçəklər əkilib. Köhnə attraksionlar yeniləri ilə dəyişdirilib. Biz işə başlayanda bulvarda 28 karusel-attraksion var idi. Onlardan 11-ni sıradan çıxıb. Çünki Rusiya, İran istehsal olan bu karusellər köhnə idilər, texniki baxımdan keyfiyyətlərini itirmişdilər.

Köhnə karusellərin əvəzinə 6 yeni karusel gətizdirdik. Onlardan ikisi Fransa istehsalı olan «Karnaval» adlanan məkandır. İlin sonuna kimi 4-5 yeni karuselin də quraşdırılması nəzərdə tutulub. Bundan başqa, həm iqtisadi cəhətdən səmərə verməyən, həm də gözəllik baxımdan nəzərə çarpmayan kafelər, ticarət obyektləri yeniləri ilə əvəz olunub. Bütün bulvarda abadlıq işləri aparılıb.
Nazim Məcidov
Təkcə dəniz sahilinə yaxın xətt təmirsizdir. Bunun da səbəbi odur ki, eyni vaxtda 3 xətti təmir etmək insanların istirahətinə mane ola bilərdi. Artıq bir neçə gündür ki, bu xətdə də təmir işlərinə başlanılıb. Yəqin ki, bu ilin sonuna kimi bütün işlər başa çatacaq».

Nazim Məcidov bulvarda, dənizə yaxın ərazidə heç bir böyük tikintinin aparılmayacağını dedi. «Park-Bulvar» adlı mərkəzə gəlincə, müsahibimiz bu tikilinin artıq bir neçə ildir ki, davam etdiyini dedi:

«Bizim idarə işə başlamamışdan öncə bu mərkəzin inşasına başlanılıb. Bildiyimə görə, bura 4 mərtəbəli bir yer olacaq. Burada iki yeraltı qaraj, bir neçə kinoteatr, əyləncə mərkəzləri, kafe, ticarət mərkəzlərinin tikilməsi nəzərdə tutulub.
XS
SM
MD
LG