Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:08

«Spikerdən müxalifətə gözlənilməz təklif»


Səs: Real audio
“Amerikalılar Qara dəniz ətrafında fəallaşırlar” «Azadlıq» qəzeti «Azərbaycan inqilab ərəfəsində» məqaləsində yazır ki, Ukraynanın “Pora” təşkilatı Azərbaycandakı siyasi müxalifətə kömək göstərir. Müxalifət parlament seçkilərində Heydər Əliyevin qurduğu hakimiyyətə qarşı dayanacaq.



Şuşanın işğalının ildönümü ilə bağlı parlamentdə müzakirələr keçiriləcək. «525-ci qəzet» yazır ki, spiker Murtuz Ələsgərov müzakirələr zamanı Dağlıq Qarabağ problemi ətrafında fikir mübadiləsi aparılacağını bildirib.



«Spikerdən müxalifətə gözlənilməz təklif». «Bakı Xəbər» yazır ki, spiker müxalifəti bir araya gəlməyə dəvət edib. Və deyib ki, həm iqtidar, həm də müxalifət rəhbərləri danışıq aparmaq haqda düşünməlidir.



«Mən bu tatarı sevmirəm» başlıqlı məqalədə «Azərbaycan» qəzeti Böyük Vətən müharibəsinin ildönümündən bəhs edir və azərbaycanlıların müharibədəki qəhrəmanlıqlarını xatırladır.



«Yeni Azərbaycan» yazır ki, MM-də Dağlıq Qarabağ müzakirəsi olacaq, bundan həm müxalifət, həm də iqtidar bəhrələnməlidir.



«Üç nöqtə» qəzeti «Azərbaycan bayrağını təhqir edən amerikalı işdən qovuldu» başlıqlı məqaləsində yazır ki, onun ölkədən çıxarılması haqda qərar da icra olunub.



«Müxalifət gözləmə mövqeyi tutub». «Ayna» qəzeti yazır ki, onlar etiraz aksiyası keçirmək üçün meriyanın cavabını gözləyirlər.



«Britaniya səfirliyi qarşısında aksiya». «Xalq Cəbhəsi» yazır ki, piketçilər səfirlikdən Azərbaycan bayrağının təhqir olunmasına görə üzr istəməyi tələb ediblər.



«Zerkalo» qəzeti «Müxalifətin mitinq komitəsi yarandı» məqaləsində yazır ki, hökumət əleyhinə qrup çox qətiyyətli görünür.



“Qara kəmər” əməliyyatı MDB məkanında davam etdirilir. Hacı Məmmədovun keçmiş rəisi Kamil Sədrəddinov Rusiyada həbs edilib. Bu barədə «Yeni Müsavat» yazır.
XS
SM
MD
LG