Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:53

Xarici dilləri öyrənmək istəyənlərin üzünə Bakı Təhsil Mərkəzinin və Azərbaycan Dillər Universitetinin qapıları açıqdır...


Səs: Real audio
“Amerikalılar Qara dəniz ətrafında fəallaşırlar” Bakı Təhsil Mərkəzinin ingilis dilində müxtəlif sahələri əhatə edən zəngin kitabxanasından istifadə etmək üçün heç bir sənəd tələb olunmur.

- Giriş hamı üçün sərbəstdir, pulsuzdur. Kim istəyir gəlib kitabxanada oxuya bilər, abunə olmaq lazım deyil. Kitabları evə aparmaq olmaz.

Bakı Təhsil Mərkəzinin direktoru Bahar Hacızadə

Bu kitabxana sizə sifariş etməklə istədiyiniz kitabı ABŞ-dan gətizdirmək imkanı da verir.

Fransız dili üzrə Jorj Sand adına kitabxananın kitablarını, jurnal, audio və video kassetlərini isə həm də evə apara bilərsiz. Bu kitabxanaya üzv olmaq üçün sizdən şəxsiyyət vəsiqənizin və telefon nömrənizi təsdiq edən sənədin surəti və 3x4 ölçülü 2 ədəd şəkil tələb olunur. Hələ ki pulsuz fəaliyyət göstərən kitabxanaya abunəçilər aprelin sonundan hər il 31000 manat üzvlük haqqı da ödəyəcək.

Azərbaycan Dillər Universitetində yerləşən alman dili üzrə kitabxana da sizə geniş imkanlar açır.

- Almaniyanın daxili və xarici siyasətini, coğrafiyasını, tarixini, adət-ənənələrini, dilini öyrənmək istəyən bütün insanlar üçün kitabxanamız açıqdır.

Alman dili üzrə kitabxananın rəhbəri Aynur Surxayeva

Şəxsiyyət vəsiqənizin surəti və 3x4 ölçülü 2 şəklinizdən ibarət sənədlərinizi və 10 min manat da üzvlük haqqı ödəməklə bu kitabxanaya da üzv ola bilərsiz. Üzvlük haqqını ödəməklə bağlı qaçqınlara və bəzi imkansız tələbələrə güzəştlər də edilir. Kitab, jurnal, audio və video kassetləri 3 həftəlik evə də apara bilərsiz.
XS
SM
MD
LG