Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:13

Gəncədə təhsil səviyyəsi nə üçün aşağıdır ?


Səs: Real audio
“Amerikalılar Qara dəniz ətrafında fəallaşırlar” Gəncə Azərabycanın ikinci böyük şəhəri olsa da, təhsilin səviyyəsinə görə hətta Mingəçevirdən də geri qalır. 2004-cü ildə ali məktəblərə tələbə qəbulu zamanı Gəncə abituryentlərinin ümumi göstəricisi aşağı olub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının apardığı monitorinqin abituryentləri ən yüksək nəticə göstərmiş təhsil şöbələri cədvəlində azərbaycan bölməsi üzrə Gəncə ilk onluğa düşməyib. Azərabycan dili bölməsinin İmtahan fənnləri üzrə cədvəldə də ayrı-ayrı fənnlər üzrə Ucarın, Əli-Bayramlının, Qəbələnin, Salyanın, Şəkinin təhsil şöbələri ilk onluqda yer tutsalar da, Gəncənin adına yalnız rus bölməsi üzrə cədvəldə rast gəlinir.

Tələbə Qəbulu Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, onlar 12 ildi ki, belə monitorinq aparırlar:

Monitorinqin elmi-statistik təhlilində göstərilir ki, 2004-cü ildə Gəncənin orta məktəblərini 3500-ə yaxın abituryent bitirib və onların 3 minə yaxını ali məktəbə qəbul olunmaq istəyib. Ancaq tələbə adını qazanmaq 704 nəfərə nəsib olub. Onlardan 113 nəfəri 500-dən yuxarı bal toplayıb. Ümumilikdə, Gəncə abituryentlərinin hər birinə orta hesabla 172 bal düşür ki, bu da respublika üzrə orta göstəricidən 8 faiz azdı. Bu rəqəmi də söyləmək yerinə düşər ki. abituryentlərin 1143 nəfəri 0-100,1137 nəfəri isə 100-300 arası bal toplayıb. Gəncə şəhər təhsil şöbəsinin rəhbəri Cəlal Fətullayev qəbul komissiyasının aparığı monitorinqin nəticələrini təhlil edəcəklərini söyləyir.

Ancaq Cəlal Fətullayev hesab eləyir ki, əgər orta məktəbi bitirənlərin 80 faizə yaxını ali təhsil almaq üçün ərizə verirsə, onların çoxunun aşağı bal toplaması təbii qarşılanmalıdır. Şagirdlərin təhsildən yayınmasını isə Cəlal Fətullayev valideynlərin ayağına yazır.

Cəlal Fətulalyev deyir ki, təhsilin səviyyəsinə təsir göstərən bir amil də məktəblərdə müəllim çoxluğudur.

Gəncə təhsil şöbəsinin rəhbəri Cəlal Fətullayev. Gəncə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təhlilində yalnız rus bölməsi üzrə ilk onluğa düşüb. Həm abituryentlərin yüksək göstəricisi. Həm də ayrı-ayrı fənllər üzrə… Rus bölməsi üzrə Gəncə abituryentlərinin topladığı ümumi bal 257 baldı ki. bu da respublika üzrə göstəricidən cəmi 1.1 faiz aşağıdır. Şəhərin orta məktəbləri üzrə aparılan araşdarmada isə 4 saylı məktəbin göstəriciləri daha yüksək olub. Məktəbi bitirən 67 nəfərin 33-ü Azərabycanın ali məktəbinə qəbul olunub. Məsələn, 22 şagirdin təhsil aldığı sinifdən yalınz bir nəfər ali məktəb tələbəsi olmayıb ki. o da sadəcə ərizə verməyib. Məktəbin direktoru Çingiz Əsgərov deyir ki, onlarda əsasən ibtidai siniflərdə yüksək tədris tətbiq olunur. Yuxarı siniflərə getdikcə müəyyən zəifləmələr duyulur, ansaq məktəb rəhbərliyi çalışır ki. ibtidai siniflərdə şagirdlərin bilik bünövrəsi möhkəm qoyulsun. Çingiz Əsgərovun sözlərinə görə, onlar müəllimlərə apardıqları tədrisin keyfiyyətinə qiymət verməyi, pedaqoji şuralarda hesabatla çıxış etməyi tələb edirlər. Həm də aşağı sinif müəllimləri 4-sü sinifi təhvil verəndən sonra yetişdirdiyi şagirdlərin sonrakı təhsil səviyyəsiylə də maraqlanır. Belə ki, keçmiş sinifinin dərslərində oturur, qiymətləndirmə aparır. Çingiz müəllimin fikrincə, yüksək təhsilin mövcudluğu üçün bir neçə amilə ehtiyac var

5 saylı orta məktəbin müəllimi Mələk Məmmədova isə hesab eləyir ki, müəllimlərin maaşının azlığı, soyuq aylarda sinif otaqlarıın soyüq olması onlarda dərs deməyə həvəsi öldürür.

Mələk Məmmədovanın fikrincə, müasir şagirdlərin meylini tədrisə yönəltmək üçün müasir tədris metodlarından istiafadə olunmalıdır.

Gəncə sakinlərinin də tədrisin keyfiyyətinə öz münasibətləri var.

Bəzi müşahidəçilərin fikrincə, ali məktəbələ qəbul zam
XS
SM
MD
LG