Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:37

Eyyub Kərimov: «Baş prokuror daxili işlər nazirinə Hacı Məmmədov haqda 2002-ci ildən məlumat veribmiş»


Səs: Real audio
“Amerikalılar Qara dəniz ətrafında fəallaşırlar” «Femida007» qəzetinin redaktoru Əyyub Kərimov iddia edir ki, ötən həftə baş prokuror Zakir Qaralovun 2002-ci il 14 fevralda daxili işlər naziri Ramil Usubova və az sonra onun müavini Ramiz Rzayevin milli təhlükəsizlik naziri Tofiq Babayevə göndərdiyi məktubları əldə edib. Qəzet redaktorunun sözlərinə görə, baş prokurorun nazirə göndərdiyi məktubdan məlum olur ki, Milli Təhlükəsizlik Nazirliyinin bu il keçirdiyi «Qara kəmər» əməliyyatı nəticəsində həbs olunmuş və adam oğurluğunda, qətllər törətməkdə günahkar bilinən Hacı Məmmədovun dəstəsi haqda hələ 2002-ci ildən hüquq-mühafizə orqanlarında məlumat olub.



Buna sübut kimi Eyyub Kərimov bir faktı xatırladır. Baş prokurorun məktubundan bir ay sonra, martın 13-də adam oğurluğu və qətllə məşğul olan cinayətkar dəstənin işini araşdıran Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəis müaivni və kriminalistika şöbəsinin rəisi Rövşən Əliyev qətlə yetirilib.



«Femida007» qəzeti yazır ki, Zakir Qaralovun Ramil Usubova məktubundan aydın olur ki, vətəndaş Mehman Səmədovun adam oğurluğunda şübhəli bilinən Fərhad Məmmədov Daxili İşlər Nazirliyinin əməliyyat müvəkili Hacı Məmmədovun əmisioğludur. Və Hacı Məmmədova məxsus Qusardakı Qarabulaq istirahət zonasını da o işlədir.



Əyyub Kərimov deyir ki, artıq bu işlə bağlı illər itirilib və günahkar da nazir Ramil Usubovla baş prokuror Zakir Qaralovdur. Onlar cinayətkarı dəqiq tanıyıblar və onunla işləməyə davam ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə həmin məktubdan xəbərsiz olduqlarını deyir. O əlavə edir ki, nazirlik mətbuatda yazılanlara ciddi yanaşmır və onlara münasibət bildirmək istəmir. Baş prokurorluğunun mətbuat xidmətindən isə bildirdilər ki, bu sualı cavablandırmağa onların səlahiyyəti yoxdur. Söhbət prokurorluğun birinci şəxsindən getdiyi üçün bu ittihamlara da baş prokuror Zakir Qaralov özü cavab verə bilər.



Ekspert Rövşən Novruzoğlu isə «Femda007» qəzetində çıxan məktubun həqiqətuyğun olduğunu və bunun jurnalist məhsulunun təxəyyülü olmadığını düşünür. O qəzetdə dərc olunan məktubda deyilənlərin dırılması üçün yeni istintaq qrupunun yaradılmasını da vacib sayır.



Ekspert Rövşən Novruzoğlunu narahat edən budur ki, nəzarətedici olan orqan baş prokurorluq həmin məktubdan sonra təhlükəsizlik və daxili işlər nazirliklərinin fəaliyyət göstərmədiyni, deyilən faktları araşdırmadığını görəndə niyə dövlət başçısına müraciət etməyib. Əslində bu onun vəzifə borcu idi.



Eyyub Kərimov isə ümid edir ki, dövlət başçısı İlham Əliyev atası Heydər Əliyevin üzərinə kölgə düşməsinə imkan verməyəcək və bu məsələni sonadək araşdıracaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG