Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:33

“Demokratik inqilab, yoxsa çevriliş?”


Səs: Real audio
“Amerikalılar Qara dəniz ətrafında fəallaşırlar” --“Frankfurter Rundşau”



Bazar ertəsi Qırğızıstanın devrilmiş prezidenti Əsgər Akayev rəsmən istefa verib.



Amma bundan Akayev udur. Yeni hakimiyyət Akayevi impiçmentlə hədələyirdi. Bu halda o, öz statusuna görə narahat olmalıydı. İndi isə Moskva razılaşmaları ona qayğısız gələcək vəd edir.



Bununla belə, Akayevin və onun ailəsinin bir neçə yüz milyon dollara qiymətləndirilən mülkünün taleyi qeyri—müəyyən olaraq qalır. Keçən həftə Qırğızıstanın baş prokuroru Akayevin bank hesabları və səhmlərinin dondurulduğunu bildirib.



Bu arada Kreml və digər keçmiş Sovet respublikalarının başçıları gələcəkdə inqilabların qarşısını almaq üzərində baş sındırırlar.



Bazar ertəsi prezident Vladimir Putin artıq Soçidə Belarusun avtoritar lideri Aleksandr Lukaşenko ilə görüşüb.



--“İnterneşnl Herald Tribyun”



Qırğızıstanda mart qiyamı getdikcə demokratik inqilabdan daha çox çevrilişi xatırladır.



Prezident sarayına hücum tələbə fəallarının dinc inqilab haqda arzusunu puç edib.



Bu gün aksiya iştirakçıları onların ideallarına xəyanətdən şikayətlənir və hesab edirlər ki, siyasətçilər onları qırağa çəkərək yerlərini zəbt ediblər.



Biznes dairələrinin məlumatına görə, soyğunçuluğun ikinci dalğası başlanıb. Və o, mart talanlarından fərqli olaraq daha yüksək səviyyədə aparılır. Yeni hökumətlə bağlı olan adamlar əvvəllər Akayevin qohumları kimi şirkətlərə sahib çıxırlar.



--“Mond”



Yanıb külə dönmüş əfsanəvi Səməndər quşu kimi GUÖAM Amerikanın köməyi ilə yenidən dirçəlməyə çalışır. Bu dəfə Sovet keçmişini dəfn etmək və Qərb düşərgəsinə keçmək üçün.



Aprelin 22—də GUÖAM—ın Kişinyov sammitində quruma qoşulmaq üçün ilk olaraq Rumıniya dəvət alacaq.



Bütün bunların arxasında əslində, “oyunun əsas iştirakçıları—Amerika neomühafizəkarları durur”.



NATO üzrə ABŞ Komitəsinin sədri Bryus Cekson martın 9—da Senatın Beynəlxalq Məsələlər Komitəsində çıxışı zamanı deyib ki, “Qara dəniz Avropanın tarixində qara deşik olub. Bu gün bu region Avropa və ABŞ üçün böyük geosiyasi əhəmiyyət kəsb edir. Gələcəkdə Avropaya neft və qaz daşımaları həcminin artırılması ancaq Qara dəniz vasitəsilə mümkün olacaq”.



Bu kontekstdə Rumıniya Birləşmiş Ştatların əsas maraq obyektinə çevrilib. Vaşinqton Rumıniyanın Qara dəniz sahillərində dörd hərbi baza yaradacağını bildirir.



--“Faynenşl Tayms”



Ukraynada Vladimir Putinin məğlubiyyəti rəsmi Moskvanın keçmiş SSRİ respublikalarına münasibətdə siyasi kursunun doğrululuğu haqda şübhələr doğurub.



Putinin tənqidçilərinin fikrincə, yeni uğursuzluqlardan qaçmaq üçün Rusiya regionda xarici siyasət taktikasını təkmilləşdirməlidir. Bununla əlaqədar, rusiyalı diplomatların peşəkarlığının artırılmasından tutmuş region ölkələrinin müxalifəti ilə əlaqələrin qurulmasınadək müxtəlif təkliflər irəli sürülür.



Rusiyanın problemi ondadır ki, o, keçmiş SSRİ ölkələrində əsasən, ənənəvi avtoritar elitaları müdafiə edir. Bu da onu bir çox halda siyasi “status—kvo”nun müdafiəçisinə çevirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG