Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:03

MDB-də islahatlar Bakıda müzakirə olunur


Səs: Real audio
“Heç kəs bu gün Azərbaycanın inqilab astanasında olduğunu düşünmür” Müstəqil Dövlətlər Birliyinin strukturu dəyişikliklərə məruz qalacaq.



Bakıya gələn MDB İcraiyyə Komitəsinin sədri Vladimir Ruşaylonun məqsədi də Azərbaycan hökuməti ilə hələlik açıqlanmayan dəyişiklikləri müzakirə etməkdir.



Amma cənab Ruşaylo MDB məkanında baş verən inqilabların nəticəsi kimi GUÖAM təşkilatının güclənməsi fonunda MDB-nin zəifləməsini gözləmir. Onun sözlərinə görə, ölkələrdəki dəyişikliklər qanunvericilik çərçivəsində olmalıdır.



“Müxtəlif səviyyələrdə MDB-də islahatların aparılması məsələsini müzakirə edirik. Elə bu gün baş nazir Artur Rəsizadə ilə də MDB-də iqtisadi inteqrasiya məsələləri haqda danışmışıq. Birliyin bəzi bölmələrinin səmərəliliyi artırılmalıdır. Amma GUÖAM-ın MDB-yə təsirinə gəldikdə, deməliyəm ki, Qırğızıstandakı vəziyyətin buna necə təsir edəcəyindən danışmaq hələ tezdir. Hər halda MDB-də baş verən bütün proseslər beynəlxalq və ən başlıcası daxili qanunvericilik çərçivəsində olmalıdır”.



Son 2 ay ərzində Rusiya MDB-də struktur islahatlarının aparılmasını təklif edir. Digər bir qurum – Azərbaycan, Gürcüstan, Moldova, Özbəkistan və Ukraynanı birləşdirən GUÖAM-ın aprelin 22-də geniş toplantısı keçiriləcək. Tədbirdə Litva, Rumıniya və Bolqarıstanın da təşkilatda daha aktiv iştirakı müzakirə olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG