Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:37
Rubrikalar

“Unokal” şirkətini almaqla “ChevronTexaco” BTC-də iştirak edəcək


Səs: Real audio
“Heç kəs bu gün Azərbaycanın inqilab astanasında olduğunu düşünmür” Bakı-Axalkalaki-Qars dəmir yolu haqqında razılıq memorandumunun imzalanması gözlənilir. Aprelin 10-da Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat nazirləri Ankarada görüşüb məsələni müzakirə edəcəklər. Köhnə xəttlərin təmiri ilə birlikdə yeni dəmir yolunun çəkilməsi üç ölkəyə 400 milyon dollara başa gələcəyi gözlənilir. Nəqliyyat nazirləri üçtərəfli müştərək səhmdar cəmiyyətin yaradılmasını da müzakirə edəcəklər. Bakı-Axalkalaki-Qars dəmiryolunun tikintisi haqda əsas müqavilənin imzalanması isə bu ilin ikinci yarısına nəzərdə tutulub.



Əsrin müqaviləsində 10 faiz, Bakı-Tbilisi-Ceyhan layihəsində isə 9 faiz paya malik olan “Unokal” şirkəti “ChevronTexaco Corporation” tərəfindən alınır. Aparılan danışıqlar zamanı iki ABŞ şirkəti satış qiymətini 16.4 milyard dollar həcmində müəyyən ediblər. “Forbes” jurnalının yazdığına görə, “ChevronTexaco”-nun “Unokala” yaranan marağının əsas səbəbkarlarından biri də Azərbaycandakı layihələrdi. Çünki “ChevronTexaco”-nun ekspertləri hesab edirlər ki, Azərbaycanda neft layihələrin ən təhlükəli dövrü artıq bitmək üzrədir və 2009-cu ildə hər gün 1.1 milyon ton istehsal edəcək Azərbaycanı əldən ermək olmaz. Elə buna görə də “Forbes” jurnalı hesab edir ki, təkcə BTC-yə 3 milyard dollara yaxın xərcləyən “Unokal” şirkətinin “ChevronTexaco” tərəfindən alınması gözlənilməz sayılmamalıdır.



Amerika Birləşmiş Ştatları və neft ixracatçıları birliyi olan OPEKin istehsalı artırmaq haqqında vədləri birjalardakı neftin qiymətinin ucuzlaşmasına səbəb olub. Aprelin 5-də qiymət 1 dollar ucuzlaşıb və təxminən 1 barrel üçün 57 dollar olub. OPEK təşkilatı yaxın zamanlarda neft ixracının 500 min barrel artırılacağını bəyan edib. Azərbaycan neftinin dünya bazarlarındakı hazırkı qiyməti isə 56 dollara yaxındır.



Aprelin 5-də Milli Bankdan aldığımız məlumata görə, bütün vayutalar ucuzlaşıb. 1 dollar 4847, 1 rubl 173, 1 avro isə 6218 manatdı.
XS
SM
MD
LG