Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:16

Ötən bir il ərzində Azərbaycanda insan alverinə qarşı necə mübarizə aparılıb


Səs: Real audio
“Heç kəs bu gün Azərbaycanın inqilab astanasında olduğunu düşünmür” Bir il əvvəl Azərbaycanda İnsan Alverinə Qarşı dövlət səviyyəsində mübarizəyə başlanıldı. DİN-də İnsan Alverinə Qarşı Mübarizə İdarəsi yaradıldı. Ancaq hələ də Cinayət Məcəlləsində insan alveriylə bağlı maddə yoxdur. Hüquqşünaslar deyirlər ki, zorlamalar, əxlaqsızlığa məcbur etmə və yeniyetmələrin əxlaqsızlığa cəlb olunması insan alveri sahəsində cinayətlərin təhqiqatı üçün istifadə olunub. Maddənin olmaması isə çətinlik yaradır.

Daxili İşlər Nazrilyindən verilən məlumata görə, aeroportdan keçən qurbanların və potensial insan alverçilərinin izlənməsi sahəsində imkanlar artırılıb. Bundan başqa qonşu hökumətlərlə insan alveri də daxil olmaqla, transmilli hüquqpozmalarla bağlı əlaqə saxlayırlar.

Baş Prokurorluq isə Cinayət Məcəlləsinə insan alveri maddəsinin salınması üçün əlavə qanunvericilik təşəbbüsü ilə çıxış edib.

DİN-in İnsan Alverinə Qarşı Mubarizə İdarəsindən verilən məlumata görə, 2004-cü ildə insan alveri ilə bağlı 115 fakt aşkar edilib. Faktlarla bağlı 106 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Qurbanların sayı bir il ərzində 240 nəfər olub. Onlardan 231 nəfəri azərbaycanlı, qalanları əcnəbilərdir. İdarə hazırda 78 nəfər azərbaycanlının Pakistanda, 50 nəfərin Türkiyədə, 16 nəfərin isə Hindistanda olduğunu müəyyənləşdirib.



İdarə rəisi Müzəffər Novruzəliyevin verdiyi məlumata görə, onların kimliyi də məlumdur və ölkəyə qaytarılmaları üçün tədbirlər görülür. Bu ilin 3 ayı ərzində isə insan alveri ilə bağlı 18 fakt aşkar edilib. 22 nəfər haqqında cinayət işi qaldırılıb. İnsan alverinin qurbanlarının sayı isə bu gün üçün 241 nəfərdir. Bu yaxınlarda isə qadın alveri ilə məşğul olan mütəşəkkil dəstənin 3 nəfər üzvü həbs edilib.

İnsan alveriylə mübarizə sahəsində qeyri-hökumət təşkilatları da fəallıq göstərirlər. Ancaq onlar da deyirlər ki, rəqəmlər reallığı əks etdirmir.

İnsan alverinə qarşı mübarizə idarəsinin rəisi Müzəffər Novruzəliyevin sözlərinə görə, mübarizədə QHT, beynəlxalq təşkilatlarla yanaşı dini qurumların da iştirakı vacibdir.

Dini İşlər üzrə Dövlət Komitəsinin əməkdaşı Səməd Bayramzadənin verdiyi məlumata görə, komtə insan alverinə qarşı mübarizəylə bağlı müəyyən təbdbirlər görür.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə insan alverinə qarşı mübarizədə beynəlxalq təcrübədən istifadə olunur. Bir ildə ABŞ-ın Azərbaycandakı səfirliyinin vasitəsilə Amerikanın insan alveri cinayətləri üzrə iki təcrübəli mütəxəssisi 15 gün müddətində İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları ilə treninq keçiblər. İdarə əməkdaşları digər dövlətlərdə bu növ cinayətlərlə bağlı keçirilən seminarlarda iştirak ediblər. İnsan alverinə qarşı mübarizəylə məşğul olan dövlət strukturları BMT, ATƏT, Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq edir. ATƏT-in Bakı ofisinin əməkdaşı Xalidə Novruzova deyir ki, bu mübarizədə bundan sonra da hökumətə yardım etməyə hazırdırlar.

Ekspertlər onu da deyirlər ki, bir il ərzində fəal iş görülməsə də, bu sahədə tamamilə iş görülmədiyini demək də düzgün deyil.
XS
SM
MD
LG