Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:19

İslamın təbliğindəki qadağalar radikallığa səbəb ola bilər


«Öz dinlərini yayan müxtəlif təriqətlər həm də siyasi məqsəd güdə bilərlər».
«Öz dinlərini yayan müxtəlif təriqətlər həm də siyasi məqsəd güdə bilərlər».
Azərbaycanda digər xarici dini təriqətlərin yayılmasının qarşısını almaq lazımdırmı? Onlara münasibət necə olmalıdır?

«İslam və demokratiya»nın qonaqları bu məsələ ətrafında fikir mübadiləsi aparıblar.

«Azəritürk» Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı hesab edir ki, bəzi dini təriqətlərin Azərbaycanda geniş yayılması ictimaiyyəti narahat etməlidir:

«Bəzən gənclər bilmədən o təriqətlərin içinə düşürlər, yetişib onların ideoloqlarına çevrilirlər. Bəzən belə gənclər başqa dövlətlərin əlində siyasi alətə çevrilir. Bunun bir səbəbi də ondadır ki, İslam dini elmi şəkildə öyrədilmir. Boşluqdan istifadə edən digər dövlətlər də öz təriqətlərini burda yayırlar».

T.Rüstəmxanlı deyir ki, burda öz dinlərini yayan müxtəlif təriqətlər həm də siyasi məqsəd güdə bilərlər.

«Mənəvi dünya» İctimai Birliyinin sədri Şahin Həsənli də İslam dininin təbliğinə məhdudiyyət qoyulmasını düzgün saymır:

«Sırf qadağa üzərində iş qurula bilməz. Əgər hansısa kitabı qadağa edəcəklərsə, İnternetdə onu axtarıb tapanların Hər bir insan öz inancını sərbəst şəkildə ifadə etməlidir. İnsanlara seçim imkanı verilməlidir. Əks halda bu, gənclərin radikallaşmasına gətirib çıxara bilər».
XS
SM
MD
LG