Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:30

M. Ələsgərov: "Mitinqlər keçirməyə ehtiyac yoxdur"


Səs: Real audio
“Heç kəs bu gün Azərbaycanın inqilab astanasında olduğunu düşünmür” “Azərbaycan xalqının taleyüklü məsələlərində ölkədə vətəndaş sülhünün və siyasi sabitliyin qorunub saxlanmasına, ayrı-ayrı siyasi qüvvələrin dialoqa getmələrinə ciddi ehtiyac duyulur”.



Parlamentin martın 5-də keçirilən iclasında Ana Vətən partiyasının sədri, millət vəkili Fəzail Ağamalı belə dedi.



Onun fikrincə, bu dialoq Azərbaycan dövlətinin daha da güclənməsinə, xalqın rifahının yaxşılaşmasına xidmət etmiş olar.



«Mən həm YAP rəhbərliyinə, həm də müxalifətin bütün qanadlarına müraciət edərək onları mövcud problemləri danışıqlar vasitəsilə həll etməyə, eyni zamanda radikal müxalifəti təyin etmiş olduğu mitinqdən imtina etməyə çağırıram».



Fəzail Ağamalı deyir ki, nəyin hesabına olursa olsun, hamı Azərbaycanda mövcud olan siyasi sabitliyin qorunub saxlanmasına çalışmalıdır. Unutmaq olmaz ki, Azərbaycanda marağı olan dövlətlər bu sabitliyin pozulmasına çalışırlar.



Prezident İlham Əliyevin siyasi dialoq çağırışını xatırladan Ana Vətən partiyasının sədri həm iqtidarı, həm də müxalifəti sözdən işə keçməyə çağırdı.



AXCP-dən (“islahatçılar”) olan millət vəkili Qulamhüseyn Əlibəyli isə deyir ki, «iqtidarın və hakimiyyətə yaxın olan digər partiyaların müxalifəti məhz ölkədə siyasi sabitliyin qorunması naminə dialoqa dəvət etmələri düzgün deyil. Belə çıxır ki, Azərbaycanda siyasi sabitlik bir mitinqlə dağılacaq qədər zəifdir».



Qulamhüseyn Əlibəyli müxalifətin mitinqlər keçirməkdən imtina etməyəcəyini bildirir.



Spiker Murtuz Ələsgərov isə hesab edir ki, indiki dövrdə mitinqlər keçirməyə ehtiyac yoxdur.



Onun fikrincə, mitinq keçirməzdən əvvəl bir araya gəlinməsinə çalışmaq lazımdır.



Cənab Ələsgərov iqtidarla müxalifət arasında müxtəlif mübahisəli məsələlər olduğunu deyir və əlavə edir ki, hamı bu ixtilafların aradan qaldırılmasına çalışmalıdır. Həm iqtidar, həm də müxalifət rəhbərləri danışıqların hansı formada aparılması, respublikanın taleyüklü problemlərinin necə aradan qaldırılmasını düşünməlidirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG