Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:39
Rubrikalar

0-8 hesablı yenilgiyə görə klublar günahkardı


Səs: Real audio
“Heç kəs bu gün Azərbaycanın inqilab astanasında olduğunu düşünmür” Gənc qrossmeyster Teymur Rəcəbov yenə heç-heçə elədi. İspaniyada, 16-cı Dos Hermanas turnirində çıxış eləyən Teymur Rəcəbov ağlarla oynamasına rəğmən ev sahiblərindən Miqel İlyeskasla oyunun 16-cı gedişində heç-heçəyə razılaşıb. Bununla da 4 oyuna 2 xal yığan Rəcəbov yenə də turnirin lideri Ukraynalı Sergey Karyakindən 1 xal geri qalır. İsveçrə sistemi ilə keçiriləcək bu turnirin qalibi 9 turdan sonra müəyyənləşəcək.



Azərbaycan futbol millisinin çalışdırıcısı Karlos Alberto Torres müqaviləsi bitənəcən vəzifəsində qalacaq. Bu haqda AFFA İcraiyyə Komitəsinin iclasında qərar verilib. Amma Torresin müqaviləsinin uzadılması da mümkündür. Bu haqda isə Dünya Çempionatının seçmə mərhələsi bitəndən sonra qərar veriləcək. Azərbaycan yığmasının Polşaya 0-8, İngiltərəyə isə 0-2 hesabıyla yenildiyi oyunları müzakirə edən AFFA İcraiyyə Komitəsi bu yenilgilərə görə Azərbaycan çempionatında çıxış edən futbol klublarının məşqçilərini günahkar bilib. Karlos Alberto Torres isə bu şəkildə üzr istəyib: “0-8 hesabıyla məğlubiyyət mənim üzr istəməyimi vacib edirsə və Azərbaycan xalqı bununla xoşbəxt olacaqsa, üzr istəyirəm”. AFFA Prezidenti Ramiz Mirzəyev federasiyanın maliyyə durumunun ürəkaçan olmamasından da, yığmaya və uşaq futboluna sponsor tapılmamasından da gileylənib. Və Torresə tam dəstək verib. Futbol funkcionerlərinin gözləntilərinə baxmayaraq, Torres bundan sonra da ancaq yoldaşlıq və seçmə oyunları vaxtı Azərbaycan da olmaq, qalan vaxtını isə istədiyi şlkədə keçirmək səlahiyytlərini saxlayıb. Üstəlik, yığmanın heyətini müəyyənləşdirməkdə də yenə də tam sərbəst olacaq.VƏ Torreslə münaqişə üzündən yığmadakı yerini itirən Samir Əliyev, Mahmud Qurbanov, Fərrux İsmayılov və Zaur Tağızadə yenə də milliyə çağrılmayacaq. Bu oyunçuların siyahısına, Kamal Quliyev də əlavə edilə bilər. Azərbaycan mətbuatına açıqlama verən sağ cinah yarımmüdafiəçisi Kamal Quliyev, yığmaya sol cinahda yox, öz mövqeyində- sağda oynayacağı halda gələcəyini, əks halda 2 həftə əvvəl Zaur Tağızadənin etdiyi kimi, yığmadan imtina eləyəcəyini deyib.



Aprelin 5-i futbol üzrə UEFA Çempionlar Liqasının ¼ final mərhələsinin ilk oyunları keçiriləcək. İngiltərənin “Liverpul” komandası öz meydanında İtaliya “Juventus”unu qəbul edəcək. “Liverpul”un heyətində hücümçulardan ispan Fernando Moryentes və argentinalı müdafiəçi Maurisiyo Pelleqrino artıq başqa komandaların heyətində Çempionlar Liqasında çıxış etdiyindən “Liverpul”un formasının geyə bilməz. Yarımmüdafiəçilər Hamann və Uornok zədəsini sağalda bilməsə də, qapıçı İrji Dudek bu oyuna çıxa bilər. İspan yarıçmüdafiəçi Xavi Alonso isə oyuna ehtiyatda başlaya bilər. “Juventus”da isə Kapo və Ferrara zədəli, Takkinardi isə cəzalı olduğundan Liverpula yollana bilməyib. Əvəzində Pavel Nedved, David Trezege və Marselo Zalayeta zədəsini sağaldıb.



Fransada Lion Hollandiya komandası PSV-Eyndhoveni qəbul edəcək. Lionun heyətində Berqunyo, Klement, Diatta və Govu zədəlidir. PSV-nin heyətində isə yalnız De Yonq zədə üzündən bu səfər oyununu buraxmağa məcburdur.



Çərşənbə günü isə UEFA Çempionlar Liqasının ¼ final mərhələsinin son iki oyunu keçiriləcək. Londonun “Çelsi” klubu öz meydanında Münhenin “Bavariya” komandasının qəbul edəcək. “Çelsi”nin medafiəçiləri Ueyn Bric və Paulo Ferreyra, yarımmüdafiəçilərdən Aryen Robben zədə, hücumçu Mattey Kejmansa cəzası üzündən “Bavariya”yla görüşə bilməyəcək. “Bavariya”da isə hücumda müəyyən problemlər var. Claudio Pizarronun zədəsi yetərincə ciddidir, Roy Makayınsa “Çelsi”ylə oynamasına yalnız görüşdən az öncə aydınlıq gələcək. Digər cütdə İtaliyanın Milan şəhərinin iki klubu “İnter”
XS
SM
MD
LG