Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:10

«Azərbaycanda güclü hakimiyyət, zəif müxalifət var»


Səs: Real audio
“Heç kəs bu gün Azərbaycanın inqilab astanasında olduğunu düşünmür” «Yeni Azərbaycan» «Azərbaycanda güclü hakimiyyət, zəif müxalifət var» məqaləsində yazır ki, daxili dəstək baxımından müxalifətin imkanları xeyli məhduddur.



«525-ci qəzet» yazır ki, MTN daha bir cinayətkar qrupu zərərsizləşdirib. Qrup dövlət qurumlarının rəsmi blankları, möhür və ştamplarının hazırlanması ilə məşğul imiş.



«Bakı Xəbər» sabiq spiker Rəsul Quliyevlə müsahibə dərc edib. O, «mən tək heç nə edə bilmərəm deyən müxalifət liderlərindən uzaq olmaq lazımdır» deyir və müxalifətçiləri birliyə çağırır.



MTN-nin daha 3 yüksək çinli əməkdaşı vəzifədən çıxarılıb. Bu haqda «Xalq Cəbhəsi» qəzeti yazır ki, nazir müavini Tofiq Babayev də başda olmaqla onlar Hacı Məmmədovun dəstəsi ilə bağlı vaxtında tədbir görməməkdə günahlandırılırlar.



«Azərbaycan bayrağı yenə də təhqir olunub». «Üç nöqtə» qəzeti yazır ki, bunu ABŞ şirkətinə məxsus gəmidə ediblər.



«Azərbaycan» qəzeti yazır ki, yeni yaradılan buğda sortları ölkədə taxıl istehsalını 3-3.5 milyon tona çatdırmağa imkan verəcək.



«Azadlıq» qəzeti yazır ki, ATƏT müxalifətə dəstək verdi. Mitinq və nümayişlər qadağan edilə bilməz. Seçki komissiyalarının tərkibi isə dəyişdirilməlidir.



«Exo» qəzeti yazır ki, Ermənistan istehsalı olan məhsulların satışına görə cəzalar tətbiq olunacaq. Amma ortalıqda rəsmi bir sənəd olmadığına görə Bakıda Yerevan Yuvelir Zavodunun istehsalı olan qızıl məmulatlar satışa çıxarılır.



«Türkiyənin yüksək çinli polis zabiti Elmar Hüseynovun qatilinin tapıldığını israr edir. Bildirir ki, qətlin icraçısı Hacı Məmmədovun dəstəsidir». Bununla bağlı «Yeni Müsavat» yazır ki, bu səbəbdən hakimiyyət onu başqa ad altında ifşa etdi.



«Ayna» qəzeti yazır ki, iqtidar icazəsiz mitinq keçirməməsi üçün müxalifətlə danışıqlar aparır. Daxili Qoşunların komandanı, general—mayor Zakir Həsənovsa deyir ki, iğtişaşların qarşısını qətiyyətlə alacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG