Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:26

14-24 debatçı qonaqları ilə yenidən sizinlədir.<br> Bu gün biz ailə qurmağa hazırıqmı?<br>Bu sual ətrafında debatı Vətəndaş cəmiyyətində debat təşkilatının üzvləri Nadir Şükürov və Nurlana Rüstəmova aparır


Səs: Real audio
“Heç kəs bu gün Azərbaycanın inqilab astanasında olduğunu düşünmür” Nadir Şükürov: Bugünkü gənclik ailə qurmağa hazır deyil. Buna başlıca səbəb kimi bu gün gənclərin maddi sıxıntı içində olduğunu göstərmək olar. 1991-1997-ci illərdə nigahların dinamikası köklü şəkildə dəyişmişdir. Evlənənlərin sayı 74,4 mindən 47 minə enmişdir. Və bu da onu sübut edir ki, bugünkü gənclər ailə qurmağa hazır deyil. Burada müxtəlif səbəblər ola bilər. Maddi problem isə ön sıradadır.

Nurlana Rüstəmova: Maddi səbəbləri faktor kimi göstərirsiz. Amma mən sizə bir faktı göstərmək istəyirəm ki, inkişaf etmiş ölkələrdə, məsələn, Avropa ölkələrində, ABŞ-da qurulan ailələrin 50%-i, Böyük Britaniyada, İsveçdə, Danimarkada isə qurulan ailələrin 40%-i 2-3 aydan sonra boşanır. Əgər bu ölkələrdə maddi durum yüksəkdirsə, bəs niyə boşanmaların sayı çoxdur.

Nadir Şükürov: Mən inkişaf etmiş ölkələrlə Azərbaycan gəncliyinin psixologiyasını eyni hesab etmirəm. Bizdə ailəyə olan münasibət daha fərqlidir. Gənclərin ailə qurmaqda başlıca problemlərindən biri də təhsil problemidir. Təhsilini başa vurmuş, normal psixologiyaya malik şəxslə ailəsinin təkidi və ya qopumluq əlaqəsinə görə evlənən savadsız şəxsin psixologiyaları arasındakı fərqlər gəncliyi gələcəkdə fəlakətlə üzbəüz qoyur.

Nurlana Rüstəmova: Bu heç də o demək deyil ki, ailə qurmuş iki ali-təhsilli gənc arasında problem yoxdur. Mən sizə bir faktı göstərmək istəyirəm. Dahi şəxsiyyətlərimizdən Cəfər Cabbarlı Sona xanımla, Hüseyn Cavid isə Müşkünaz xanımla evlənən zaman Sona xanım və Müşkünaz xanım heç biri əlifbanı bilmirdilər. Onlar Hüseyn Cavid və Cəfər Cabbarlının hesabına əlifbanı öyrəndilər və bu dahi şəxsiyyətlərin ilk oxucularına çevrildilər. Bu faktla mən göstərmək istəyirəm ki, əgər qurulan ailədə oğlanla qızın arasında qarşılıqlı anlaşma və sevgi varsa bütün bu problemlər həll olunacaq.
XS
SM
MD
LG