Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:15

İlyas İsmayılov: əgər qanunun aliliyi prinsipinə əməl edilərsə, iqtidarla müxalifət arasında razılaşma imzalamağa ehtiyac qalmaz


Səs: Real audio
“Heç kəs bu gün Azərbaycanın inqilab astanasında olduğunu düşünmür” Milli Məclisin İnsan Haqları Daimi Komissiyasının sədr müavini, YAP – dan olan millət vəkili Rəbiyyət Aslanova deyir ki, «özümüzün bacardığımız işi- yəni bir araya gəlib problemləri müzakirə edə bildiyimiz halda bunu başqasının tövsiyə etməsi ağrılı məqamdır. Ancaq seçki ərəfəsi dialoq fikrini əslində ilk olaraq prezident İlham Əliyev irəli sürüb və müxalifəti milli maraqların, regionda sabitliyin qorunması naminə danışığa dəvət edib. Ancaq bu heç də o demək deyil ki, dialoqa hansısa şərtlər əsasında razılaşılmalıdır. Kiminsə digərindən nəsə tələb etməsi və onun müqabilində özünün edəcəyini söyləmsi bərədə söhbət gedə bilməz».

Rəbiyyət Aslanova deyir ki, hər iki tərəfin ölkənin çətin sınaqlardan uğurla çıxması, beynəlxalq ictimaiyyət qarşısında nüfuzunu qoruyub saxlamasına çalışması Azərbaycan prezidentinin arzusudur.

Ədalət Partiyasının sədri İlyas İsmayılılovun fikrincə isə «əgər ölkədə qanunun aliliyi prinsipinə əməl edilərsə, iqtidarla müxalifət arasında hər hansı razılaşma imzalamağa ehtiyac qalmaz. Qparşılıqlı şərtlər əsasında əldə edilən istənitlən razılaşma özfəaliyyətdən başqa bir şey deyil».

Ədalət Partiyasının sədri deyir ki, hər iki tərəf qanuna hörmətlə yanaşmalıdır. İlyas İsmayılovun fikrincə, belə bir razılaşmanın olması düzgün deyil və o əslində ortaya əlavə problemlər çıxara bilər.
XS
SM
MD
LG