Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:04

İran Əfqanıstana dair beynəlxalq konfransda iştirak edəcək


İran bu ayın sonunda Əfqanıstanla bağlı Haaqada keçiriləcək beynəlxalq konfransda iştirak edəcək. Niderlandın Xarici İşlər Naziri Maksim Verhagen deyib ki, İran nümayəndə heyətinin görüşə gəlməsi həlledici idi.

Martın 31-də keçiriləcək konfransda BMT baş katibi Ban Ki Mun və 80-dən artıq ölkənin nümayəndəsi, o cümlədən Pakistan təmsilçisi də iştirak edəcək.

İranın tədbirə dəvət olunması ABŞ dövlət katibi Hillari Klintonun Avropaya səfəri zamanı qərara alınıb.

Bir çoxları bu addımı Obama administrasiyasının Tehran liderləri ilə dialoqun konkret addımı kimi dəyərləndirir.
XS
SM
MD
LG