Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:42

Zəmanənin “ən böyük Papası”


Səs: Real audio
“Heç kəs bu gün Azərbaycanın inqilab astanasında olduğunu düşünmür” --“Nyu York Tayms”



Qırğızıstanda baş verənlər keçmiş Sovet respublikaları üzərində əsən yeni küləyi xatırladır. Demokratiya tərəfdarları ümidvardırlar ki, bu külək Sovet sisteminin dağılmasıyla ortaya çıxan digər avtokratiyaları da süpürüb atacaq.



Lakin çox ehtimal ki, bunun tam əksi baş verəcək.



Qırğızıstan, ondan öncə isə Gürcüstan və Ukraynada xalq qiyamları Orta Asiya, Qafqaz, Belarus və ilk növbədə Rusiyada hakimiyyət üçün dərs olub. İndi istənilən narazılıq küçələrə axışmamış elə beşikdəcə boğula bilər.



Moskvada “Politika” Fondunun prezidenti Vyaçeslav Nikonov deyir ki, “Akayev möhkəm döyüşçüyə oxşamır. O, döyüşçü olsaydı, hakimiyyətin belə asanlıqla əldən çıxmasına imkan verməzdi”.



Paradoks ondadır ki, inqilablar nisbətən demokratik olan keçmiş Sovet respublikalarında baş verib.



Gürcüstan, Ukrayna və Qırğızıstandan danışan Vyaçeslav Nikonov deyir ki, “onlar qonşularına nisbətdə daha demokratik idilər. Və onlar müxalifətə, cürbəcür xarici qüvvələr və qeyri—hökumət təşkilatlarına işləmək imkanı verirdilər. İndi Qırğızıstanın qonşuları yəqin, belə bir nəticə çıxaracaqlar ki, bu cür hadisələrin qarşısını almaq üçün nəzarəti gücləndirmək, müxalifətə və xarici mərkəzlərə işləmək imkanı verməmək lazımdır”.



--“Vaşinqton Post”



Gürcüstan, Ukrayna və Qırğızıstanda inqilablar üçün ilkin şərait bir—birinə oxşardı. Bunlar səfalət, korrupsiya və öz ömrünü çoxdan başa vurmuş hökumətlərdi.



Ancaq ən əsası odur ki, hər üç respublikada müxalifətin hərəkət edə bilməsi üçün kifayət qədər siyasi məkan vardı, şərait qonşu ölkələrə nisbətdə daha açıq idi.



Belə ki, Azərbaycanda mərhum KQB generalının oğlu olan yeni prezident özünün seçilməsindən sonra müxalifətin küçə aksiyalarını cəld dağıdıb. Bu, effektiv oldu və biz Bakıda “Azadlıq” meydanının döyüş meydanına çevrilməsinin şahidi olduq: dəyənəklə silahlanmış yüzlərlə polis əksəriyyəti qadın və silahsız şəxslərin olduğu nümayişçiləri döydü. Müxalifət liderlərini axtarıb taparaq həbs etdilər.



İndi heç kəs bu gün Azərbaycanın inqilab astanasında olduğunu düşünmür.



--“Deyli Teleqraf”



II İohann Pavel zəmanənin “ən böyük Papası” idi.



“Pontifikin dramında pərdə endirilib. O, özü ilə təkcə papalıq deyil, bütün xristianlıq tarixində böyük bir dövr açmışdı. Onun adının müqəddəslər siyahısına salınması vaxt məsələsidir.



--“Mond”



Başqa dinlərlə dialoqa məhz II İohann Pavel başlayıb.



Dinlərarası dialoqun “sivilizasiyaların toqquşması”ndan müdafiə olduğuna onun qədər inanan yox idi.



1985-ci ildə 80 min gənc müsəlman Kasablanka stadionunda onu gurultulu alqışlarla qarşılayıblar. O vaxt Papa deyirdi: “Biz bir olan Allaha sitayiş edirik”.



1986—cı ildə isə Roma Papası tarixdə ilk dəfə olaraq Romada sinaqoqu ziyarət edib.



--“Tayms”



II İohann Pavel “kommunizmi dağıdan mühafizəkar” idi.



1978—ci ilin oktyabrında onun Roma Papası seçilməsini Moskva faciə kimi qəbul edib.



Odur ki, 1981-ci ilin mayında Papaya sui—qəsd cəhdində KQB—dən şübhələnmək daha məntiqi olardı.



Bu sui—qəsd II İohann Pavelin həyatında ən böyük sirrlərdən biri olaraq qalır.



Amma Papa kommunizm üzərində tarixi qələbə qazansa da, kapitalizmi daha insani etmək uğrunda mübarizəni uduzub.
XS
SM
MD
LG