Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:35

Rino Harniş: “Sağlam siyasi dialoq sağlam seçkilərə zəmin yaradacaq”


Səs: Real audio
"Azərbaycanda bir qayda olaraq, seçkidən qabaq hökumət mətbuata təzyiqini artırır. Çünki, onlar jurnalistlərin həqiqəti yazmalarında, müxtəlif fikirləri yaymalarında az maraqlıdırlar. Hökumət hakimiyyətdə qalmaqda maraqlıdır." “1994-cü ildən bəri hakimiyyətlə müxalifət arasında heç bir dialoq baş tutmayıb və ya bu çərçivədə əlaqələr çox zəif olub. Qarşıdan gələn parlament seçkisinin sağlam şəkildə keçirilməsi, tərəflərin bir-birlərinə öz fikirlərini bildirməsi, problemləri həll etməsi baxımından belə münasibətlərin qurulması vacibdir”.



Bunu ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş aprelin 4-də Mingəçevirə səfəri zamanı bildirib. Cənab Harnişin fikrincə, hər iki tərəf bir-birinin qarşısında öhdəlik götürməlidir.



«Sözsüz ki, bu münasibətlərin nəticəsində də parlament seçkiləri çox əhəmiyyətli rol oynayır. Burada hakimiyyətdə olan partiya gərək digər partiyalara imkan yaratsın ki, onlar sərbəst şəkildə toplaşıb öz fikirlərini ifadə edə bilsinlər. Müxalif partiyalar isə gərək ümumiyyətlə, hər hansı zorakılığa əl atmaq fikrindən daşınsın. Sağlam siyasi dialoqun olması sağlam seçki kampaniyası keçirməyə zəmin yaradacaq».



Cənab Harnişin fikrincə, qarşıdan gələn parlament seçkisi Azərbaycan tarixində fövqəl bir yer tutur. Ona görə də aprelin 1-dən bölgələrə səfərə çıxan amerikalı səfir baş çəkəcəyi yerlərdə həm də seçkiqabağı vəziyyəti öyrənəcək və yerli siyasi təşkilat rəhbərləriylə görüşəcək.



O, artıq Mingəçevirin icra başçısı Məhəbbət Qarabağlıyla parlament seçkisiylə bağlı müzakirə apardığını və yerli siyasi təşkilat rəhbərləriylə də görüşəcəyini bildirdi.



Ancaq cənab səfirin bölgələrə marağı təkcə siyasi dairələrlə bitmir. Rino Harniş həm də səfirliyin bölgələrdə həyata keçirdiyi layihələrlə tanış olacaq. Bölgələrin iqtisadi inkişafının səviyyəsiylə tanış olmaq istədiyini deyən cənab Harniş aprelin 6-da Cəlilabadda səfirliyin kənd təsərrüfatıyla bağlı maliyyələşdirdiyi irimiqyaslı layihənin açılışında da iştirak etməyi planlaşdırır.



Mingəçevirdə isə Rino Harniş Mərkəzi Kitabxananın nəzdində yaradılan resurs mərkəzinin açılış mərasimində iştirak etdi və sülh proqramı çərçivəsində şəhərin orta məktəblərində könüllü ingilis dili dərsi deyən amerikalı müəllimlər və yerli şagirdlərlə də görüşdü.



Rino Harnişin Azərbaycanın bölgələrinə səfəri isə aprelin 5-də davam edəcək. O, Bərdə rayonunda da bir sıra görüşlər keçirəcək.
XS
SM
MD
LG