Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:27

Rusiya Vaşinqtonun əlaqələri bərpa etmək çağırışını alqışlayır


Rusiyanın Xarici İşlər Naziri Segey Lavrov Vaşinqtonun Moskva ilə əlaqələri bərpa etmək çağırışını alqışlayıb.

Financial Times qəzetinə müsahibəsində Lavrov eyni zamanda ABŞ prezidenti Barak Obamanın İranı dialoqa səsləyən video mesajını da alqışlayıb.

Bununla belə Lavrov bir daha təkrarlayıb ki, ölkəsi Keçmiş Sovet ölkələrinin NATO-ya qoşulmasına etiraz edir.

Rusiya XİN-nin bu bəyanatından bir gün qabaq Obama Rusiya ilə münasibətləri düzəltmək istiqamətində iş aparmaq üçün çalışacaqlarını deyib.

Barak Obama həmçinin NATO qapılarının bu birliyə daxil olmaq istəyən ölkələr üçün açıq olduğunu bildirib.

Bir həftədən sonra Obama ilə Rusiya prezidenti Dmitri Medvedev ilk dəfə görüşəcək. Görüş Londonda dünyanın 20 güc dövlətinin sammitində baş tutacaq.
XS
SM
MD
LG