Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:08

E. Hüseynovun qatilinin tapıldığı haqda məlumatlar təsdiqlənmir


Səs: Real audio
"Azərbaycanda bir qayda olaraq, seçkidən qabaq hökumət mətbuata təzyiqini artırır. Çünki, onlar jurnalistlərin həqiqəti yazmalarında, müxtəlif fikirləri yaymalarında az maraqlıdırlar. Hökumət hakimiyyətdə qalmaqda maraqlıdır." «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovu qətlə yetirənin tutulmasıyla bağlı məlumatlar doğru deyil.



Bunu jurnalistin qətlini araşdıran istintaq qrupunun üzvü, Respublika Prokurorluğunun böyük prokuroru Eldar Məcidov bildirib.



Türkiyənin NTV kanalı, «Radikal» qəzeti və bir sıra başqa KİV-ləri bu ölkənin Təhlükəsizlik İdarəsi rəhbərinin müavini Ramazan Ərə istinadən məlumat yayıb ki, Türkiyədən azərbaycanlı istintaqçılara yardıma gələn qrup baş redaktorun qatillərinin yaxalanmasına nail olub.



«Turan» agentliyi isə yazır ki, Ramazan Ər qətli Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı Hacı Məmmədovun dəstəsinin törətdiyini bildirib.



Eldar Məcidov isə bu məlumatı təkzib edir. Onun sözlərinə görə, Elmar Hüseynovun qətliylə bağlı heç şübhəli şəxs də saxlanmayıb.



Eldar Məcidov deyir ki, əgər Elmar Hüseynovu da Hacı Məmmədovun dəstəsinin öldürdüyü aşkarlansaydı, bu cinayət işləri dərhal birləşdirilərdi. O bildirir ki, Türkiyə Təhlükəsizlik İdarəsi rəhbərinin müavini Ramazan Ərin həqiqətənmi belə bir fikir söylədiyini araşdırmağa çalışacaqlar. Çünki, onun sözlərinə görə, bir neçə gün Azərbaycanda olmuş türkiyəli mütəxəssislər daha çox azərbaycanlı həmkarlarının necə işlədiyini izləyiblər.



Məsələylə bağlı Türkiyənin Azərbaycandakı səfirliyinin də mövqeyini öyrənməyə çalışdıq. Səfirlikdən bildirdilər ki, məsələni araşdırıb mətbuata açıqlama verəcəklər.
XS
SM
MD
LG