Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:53

Yerli və xarici məhsulların arasında fərq nədədir?


Səs: Real audio
"Azərbaycanda bir qayda olaraq, seçkidən qabaq hökumət mətbuata təzyiqini artırır. Çünki, onlar jurnalistlərin həqiqəti yazmalarında, müxtəlif fikirləri yaymalarında az maraqlıdırlar. Hökumət hakimiyyətdə qalmaqda maraqlıdır." Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov xaricdən gətirilən məhsulun hamısının Azərbaycan vətəndaşları üçün xeyir vermədiyini deyir. Onun sözlərinə görə, xarici məhsulu yeyən əhali yerli iqlimə, həyat şəraitinə və xəstəliklərə qarşı tab gətirə bilmir. Azərbaycana gətirilən saysız-hesabsız məhsulların ziyanı və xeyri haqqında xüsusi bir nəzəriyyə irəli sürən Tahir Əmiraslanov mütləq şəkildə yerli məhsulun, nə qədər zəhərli torpaqda bitsə də, daha çox xeyirli olduğunu deyir. O bir misal da gətirir ki, Bakıda yaşayan yaşlı adamlar hətta ekoloji cəhətdən daha təmiz rayon tərəvəzlərini almaq əvəzinə Bakıda və Abşeronda yetişdirilən tərəvəzə üstünlük verirlər. Çünki məhz bu məhsul insan bədəninə Bakının iqliminə qarşı mübarizə aparnmağa imkan yaradır. Baş kulinar digər təhlükəni genetik modifikasiya olunmuş məhsullarda görür.

Genetik məhsulların Azərbaycana nə vaxtdan və hansı həcmdə gətirilməsi nə dövlət strukturlarına nə də ki, istehlakçıların hüquqlarını qoruyan Azad İstehlakçılar Birliyinə məlumdur. Birliyin sədri Eyyub Hüseynov, xarici və yerli məhsulların arasında hər bir məhsul üzrə ayrı-ayrılıqda seçimin edilməli olduğunu deyir. Onun sözlərinə görə, apardıqları sorğu nəticəsində əhalinin yerli məhsullara üstünlük verdikləri müəyyən olunub.

Amma bu sorğuya baxmayaraq xaricdən gətirilən məhsulların sayı və həcmi də artmaqdadır. Dövlət Gömrük Komitəsi də son 3 ayda ötən ilkinə nisbətən xaricdən daha çox -7.1 faiz artıq məhsul gətirildiyini bildirib. Bunlara baxmayaraq Tahir Əmiraslanov yerli məhsulların sağlamlığa necə təsir etdiyinin həkimlər tərəfindən öyrənildiyini deyir. O, hətta yağlı lakin yerli qidaların xarici pəhriz yeməklərdən üstün olması haqda faktların olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG